Austerlits vuruşması - 1805, müttəfiq rus - avstriyalı və fransız qoşunları arasında 20 noyabrda Austerlits(indi Slavkov, Çexiya) yanında 1805-ci il Rusiya - Avstriya - Fransa müharibəsinin həlledici vuruşması.
Austerlits döyüşü | |||
---|---|---|---|
Napoleon müharibələri | |||
Tarix | 20 noyabr 1805 | ||
Yeri | Slavkov Çexiya | ||
Nəticəsi | Napoleonun qələbəsi, 3-cü Fransa əleyhinə koalisyanın dağılması | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Rus - Avstriya ordusu(86 min nəfər, 350 top) general Kutuzovun komandanlığı altında Braunaudan Olmüza qədər parlaq marş - manevrdan sonra(1805-ci ilin noyabrın ortası) müdafiə üçün rahat Olşan mövqeyində dayandı. Napoleonun ordusu(73 min nəfər,250 top) Brünnadan(indi Brno) şərqə mövqe tutdu. Kutuzov yardım gələnə qədər fəal hərəkət etmək niyyətində deyildi. Napoleon, müttəfiqləri yardım yetişənədək və Prusiyanın ittifaq tərəfində çıxışına qədər vuruşmaya cəlb edərək, fransız ordusunun zəifliyi barədə şaiyələr yayır, barışıq barədə danışıqlar apararaq, Avstriyanı müharibədən çıxmağa sövq etmək istəyirdi. Orduda olan çar I Aleksandr Kutuzovun niyyətlərinə əks olaraq müttəfiq qüvvələrin hucuma keçməsinə israr edirdi, və faktiki olaraq komandanlığı öz üzərinə götürmüşdü. Avstriyalı qeneral F. Veyroterin hazırladığı hucum planı, Napoleonun pasiv hərəkətlərinə hesablanmışdı. Onun mahiyəti - əsas qüvvələrin cənubdan qəliz yandan alma hərəkəti ilə franszı ordusu ilə Vyananın arasını kəsmək və onun Brünnaa yanında darmadağın etmək. Plana uyğun olaraq rus - avstriyalı ordusu beş sütunla Austerlitsa marş etdi. Müttəfiqlərin ləng tərpənməsi Napoleona vaxt qazandırdı. Rəqibin niyyətini bilərək, o müttəfiq qoşunların əsas qüvvələrinin cinahına və arxasına çıxmaq və onları Prazen yüksəkliklərindən cənubda darmadağın etmək istəyirdi. Fransız ordusunun 3/2(Sult, Bernadot və Müratın korpusları) Brünna yolundan cənubda cəmləşdirilmişdi və Qoldbax çayından keçirilmişdi.
20 noyabrda satt 7.00 xətt taktikasına əsaslanan dispozisiyaya uyğun olaraq, 12 km cəbhədə müttəfiqlər hucuma keçdilər. Əsas qüvvələr -Doxturov, Lanjeron, Pşibışevskinin sütunları Davunun korpusuna hucum etdilər, lakin rəqibin yaxınlaşan hissələrinin artan müqavimətinə rast gəldilər və ancaq 11.00 Telnits, Sokolnits, Zamoku tutdular. Hucum edən sütunların cinah və arxasını təmin etmək üçün Kutuzov tərəfindən Prazen yüksəkliklərində yerləşdirilən Kolovratın sütununa I Aleksandr onları tərk etmək əmri verdi. Napoleon bundan yararlandı. 9.00 dərin döyüş qaydasında - sütunlarla - fransız ordusunun əsas qüvvələri rus - avstriyalı qoşunların döyüş qaydalarının mərkəzinə hucum etdilər. Rus qvardiyasının və Lixtenşteyn sütununun Davunun korpusunun hucumunu dayandırmaq cəhdləri bir nəticə vermədi. 11.00 rus- avstriyalı ordusunun mərkəzi darmadağın edilmişdi, Prazen yüksəklikləri fransızlar tərəfindən alınmışdı. Yüksəkliklərdə öz batareyalarını yerləşdirən franszılar bütün cəbhə boyu hucuma keçdilər. Əsas zərbə cənuba - müttəfiqlərin üç sütununun cinahına və arxasına endirildi. Mərkəzdə və sağ cinahda yerləşən müttəfiq qoşunları fransızların təzyiqinə dözməyərək geri çəkilməyə başladı. Prazen yüksəkliklərindən cənubda ağır döyüşlər aparan əsas qüvvələr, Zaçan gölü və Monits və Zaçan gölü arasındakı defiledən keçməyə məcbur edilərək, itkilərlə, qaydasız halda geri çəkilirdilər.
Gün bitənə kimi müttəfiqlər 27 min adam ölü yaralı və əsir, 180 top və 45 bayraq itirərək Litava çayının arxasına çəkildilər. Franszılar 1 537 ölü, 6 943 yaralı və bir bayraq itki verdilər. Franszılar daha az qüvvə ilə qələbəyə nail oldular. Napoleon bacarıqla əsas zərbə istiqamətində qüvvələrin cəmləşdirilməsi prinsipindən yararlandı, dəqiqliklə hucum anını seçdi. Müttəfiqlər hərbi əməliyatların planlaşdırmada, təşkilatçılıq və aparılmasında bir sıra kobud səhvə(rəqibin qüvvələrinin zəif kəşfiyatı, Napoleonun pasiv hərəkətləri barədə yanlış nəticə, qoşunların iadrəedilməsində zəif uzlaşma) yol verdilər. Austerlits vuruşması kordon strateqiyası və xətt taktikasının iflası idi, və fransız burjua hərbi sisteminin və döyüş sənətinin üstünlüyün göstərdi. Austerlits vuruşmasından sonra Fransa əleyhinə koalisiya dağıldı.