Üç millətin birliyi və ya Üç xalqın birliyi (lat. Unio Trium Nationum) — üç mülkün – zadəganlar (əsasən macarlar), şəhər əhalisi (əsasən Transilvaniya saksları və digər alman köçkünləri) və azad sekel döyüşçülərin birliyi.[1] Onların hamısı 1918-ci ilə qədər, sonra isə qismən 1940–1944-cü illərdə orta əsr Transilvaniyasının iqtisadi və siyasi həyatına nəzarət etmiş, ortodoks rumın kəndli çoxluğuna münasibətdə seqreqasiya siyasətini həyata keçirmişdir. Yalnız XIX əsrdə üç xalqın birliyi açıq bir etnik məzmun almışdı.[2]