Almanlar (Almanca: die Deutschen) — qədim germanlardan əmələ gələn xalq, Almaniya, Avstriya, İsveçrə və Lixtenşteynin əsas əhalisi. Ümumi sayları təxminən 140 milyondur. Bundan başqa Amerika Birləşmiş Ştatlarında, Rusiyada, Braziliyada, Qazaxıstanda və s. ölkələrdə yaşayan və almanca danışmayan əhali də etnik baxımıdan alman sayılır.
Martin Lüter, Lüdviq van Bethoven, Otto fon Bismark, Albert Eynşteyn, Angela Merkel, Henrix Hers | ||||||||||||||||||||||||||||||||||||
Ümumi sayı | ||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
140 000 000 | ||||||||||||||||||||||||||||||||||||
Yaşadığı ərazilər | ||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||
Dili | ||||||||||||||||||||||||||||||||||||
Dini | ||||||||||||||||||||||||||||||||||||
Qohum xalqlar | ||||||||||||||||||||||||||||||||||||
Bir etnos kimi almanlar bugünkü Almaniya, Avstriya və qonşu ərazilərdə formalaşıblar. Almanların əcdadı olan german tayfaları e.ə. V əsrdə Skandinaviyadan enib eramızın I əsrinə qədər bu əraziləri ələ almışdılar və burada keltlərlə, slavyanlarla və Ural tayfaları ilə qarışmışdılar. Halbuki "Deutsche" (alman) adı etnik mənada ilk dəfə XV əsrdə Müqəddəs Roma imperiyası dövründə işlənmişdir. İmperiyanın dağılmasından və 1870-ci ildə kiçik alman hersoqluqlarının birləşib vahid Almaniya dövlətinin yaranmasından sonra almanlar tamamilə formalaşmış xalqa çevrilirlər.
Orta əsrlərdən başlayaraq ta XX əsrin ortalarınadək almanlar fəal mühacirət proseslərinə cəlb olunmuşdular. XX əsrin ilk yarısında onlar artıq Mərkəzi Avropada, Şimali və Cənubi Amerikada, Böyük Britaniyada, Rusiyada, Ukraynada (həmçinin Krımda), Baltikyanı dövlətlərdə, Qafqazda və Orta Asiyada məskən salmışdılar. 1940-cı illərdə Hitler Almaniyasının (Üçüncü Reyx) faşist siyasəti aparmasına görə Sovet İttifaqının Avropa hissəsində yaşayan almanların əksəriyyəti Qazaxıstana və Sibirə sürgün edildi. Mərkəzi Avropada yaşayan almanların çoxu isə Almaniyaya köçmək məcbur oldu.
1517-ci ildə başlayan reformasiya almanları dini baxımından bir-birindən ayırdı. Bu gün onların əksəriyyəti ya etirazçı (protestant) ya da aləmi (katolik) məsihiliyə etiqad edir.