Üç yoldaş (roman)

Üç yoldaş (alm. Drei Kameraden‎) — Erix Mariya Remark tərəfindən 1937-ci ildə yazılmış roman.

Üç yoldaş
alm. Drei Kameraden
Müəllif Erix Mariya Remark
Orijinalın dili Alman
Ölkə
Orijinalın nəşr ili müharibə romanı
Nəşriyyat Little, Brown and Company

Sujet[redaktə | mənbəni redaktə et]

Hadisələr təqribən 1928-ci ildə Almaniya cərəyan edir. Üç yoldaş Robert Lokamp (Robbi), Otto Kester və Qottfild Lens kiçik avtotəmir emalatxanasına malikdirlər. Baş qəhrəman - avtomobil mexaniki olan Robbi, Patrisiya Holman (Pat.) adlı gözəl bir qızla tanış olur. Müxtəlif zümrələrin nümayəndələri və müxtəlif talelərə malik olmalarına barxamayraq, Robbi və Pat bir-birinə aşıq olurlar. Romanda onların məhəbbətinin inkişafı, həmin illərin böhranının fonunda təsvir edilir.

Problematika[redaktə | mənbəni redaktə et]

"Üç yoldaş" romanı "itirilmiş nəsil" mövzusunun davamıdır. Müharibənin dəhşətlərini görmüş insanlar, heç cürə keçmişin qarabasmalarından azad ola bilmirlər. Hərbi xatirələr daim baş qəhrəmana əzab verir. Uşaqlıq illəri aclıq dövrünə təsadüf etmiş və o öz sevimlisini itirmişdir. Məhz hərbi keçmiş bu üç dostu sıx birləşdirmişdi. Onlar dostluq xatirinə hər bir addıma hazır idilər.

Əsərin qəhrəmanları[redaktə | mənbəni redaktə et]

Baş qəhrəmanlar[redaktə | mənbəni redaktə et]

  • Robert Lokamp (Robbi) — əsərin baş qəhrəmanı, 30 yaşında. Patrisiya Holmanı (Pat.) sevir. Dostları Otto Kester və Qottfild Lens . Birinci dünya mühabirəsinin iştirakçısı.
  • Otto Kester - baş qəhrəmanlardan biri. Təxminən 30 yaşı var. Müharibədə pitol olmuşdur, romanda isə avto təmir emalatxanasının sahibidir. Həmçinin həvəskar avtomobil yarışlarının iştirakçısı və "Karl" adlı avtomobili ilə bir-neçə dəfə yarışlarda qalib olmuşdur. Boksla maraqlanır.
  • Qottfild Lens — baş qəhrəmanlardan biridir. Dostları ilə həmyaşıddır. Orduda xidmət etmiş, xeyli səyahət etmiş və poçe markaları ilə maraqlanırdı. O da avto təmir emalatxanasında çalışır. Çox pozivit insan olmaqla, kollektivin "ürəyi" hesab edilirdi.Dostları onu, "kağız üzərində romantik" adlandırırlar.
  • Patrisiya Holman (Pat.) — Robbinin sevgilisi. Onların məhəbbət tarixçəsi əsərin əsas sujetini təşkil edir.

Digər qəhrəmanlar[redaktə | mənbəni redaktə et]

  • Alfons - Lensin dostu və restoranda ofisiant. Döyüşməyi sevir.
  • Valentin Hauzer — Robbinin hərbi dostu. Müharibədə sağ qaldığı üçün çox sevinir.
  • Həkim Jaffe - Patı müalicə edən həkim
  • Matilda - avtoemalatxanada xadimə, içkini sevir
  • Roza - yerli fahişə, balaca qız övladı var.
  • Hasselər (ər-arvad) - daima pulsuzluq ucbatından mübahisə edirlər. Sonra ər özünə qəsd edir.
  • Ferdinand Qrau — rəssam. Fəlsəfə həvəskarı.
  • frau Zalevski - Robertin yaşadığı pansionatın sahibi.
  • Yupp — avtoemalatxanada şagird. Avtomobil yarışları həvəskarı.
  • Erna Berniq - katibə. Zalevskinin pansionunda yaşayır.
  • Georq Blok - kasıb tələbə