Üçlük əsəri

"Üçlük" əsəri —"Üçlük" ( "Su daşıyan uşaqlar") - Məşhur rus rəssamı Vasili Perov 1866-cı ildə çəkilmişdir.  Hal-hazırda əsər Moskvada Tretyakov Qalereyasında sərgilənir.

"Üçlük" əsəri, 1866. kətan, yağlı boya 123,5 × 167,5 sm Moskva, Tretyakov qalereyası


Əsərin Quruluşu

[redaktə | mənbəni redaktə et]
"Kimsəsiz uşaqlar" əsəri, 1864

“Üçlük” əsəri Perovun ən emosional və geniş formata malik əsəridir.[1] Ağır kəndli həyat tərzinə həsr edilmiş əsəri tabloya köçürtmək üçün uzun müddət hazırlıq işləri görmüşdür. [1][2]Kimsəsiz uşaqlar mövzusuna bir neçə dəfə müraciət etmişdir.( “Kimsəsiz uşaqlar”(1864) ,“Ölünü yola salma”(1865), “Oğlan” (1865), və.s ) [3]

Rəssam bu əsərdə uşaq zəhməti mövzusuna muraciət etmişdir. Yorulan, donmuş uşaqlar qarlı havada üzərində çəllək olan ağır sankanı daşıyır. Çəlləkdən axaraq suyun donmuş olması uşaqlara nə dərəcədə soyuq olduğunu göstərir. Buzlu havada külək uşaqların üzünə vurur. Əsərin sol tərfində olan it uşaqların yan tərəfində gedərək arabanı müşaiət edir. Arxa hissədən arabanı naməlum kişi irəli dartaraq aparmağa köməklik göstərir.

"Ölünü yola salma" əsəri, 1865

Obrazlar (natura)

[redaktə | mənbəni redaktə et]
"Oğlan" əsəri, 1865

Əsərin sag və sol hissəsində yerləşən qız və oğlan obrazını rəssam asanlıqla işləmişdisə, mərkəzi obrazı tapmaqda çətinlik çəkmişdir. Uzun müddətli axtarışlardan sonra Perov əsas obraza Moskva küçələrində yürüyərkən  rast gəlmişdir. Kənli qadınını öz oğluyla gedərkən görən rəssam öz tablasu üçün ideal obraz oldugunu dərhal dərk edir. Uşağın portret əsərini yaratmağa ananı razı salır.( uşağın adı: Vasen) Tezliklə əsəri bitirdikdən sonra Tretyakov qalereyası tərəfindən satın alınır. Bir neçə ildən sonra övladını xəstəlik nəticəsində itirən ana rəssamın yanına gələrək tablonu almaq istəyir. Əsərin satıldığını bildirən rəssam qadını qalereyaya apararaq tablonu göstərir. Tablonun qarşısında diz köçən ana oğlu üçün dua etməyə başlayır. Bu səhnəni görən rəssam Vasenin əsərdən partretini işləyir və Anaya təqdim etmişdir.[1] [3]

Rəssamın fərdi xüsusiyyəti

[redaktə | mənbəni redaktə et]

Vasili Perov əsərlərində faciəvi abu-havanı yaratmaq üçün tutqun, parlaq olmayan , tünd boz rənglərdən istifadə etmişdir.

" sitatın özü
"

"Тройка". Ученики мастеровые везут воду Arxivləşdirilib 2017-05-16 at the Wayback Machine

  1. 1 2 3 Н. В. Ермильченко «Знаменитые полотна русских живописцев», Белый город, Москва, 2005; стр. 22-23
  2. Тройка". Ученики мастеровые везут воду Arxivləşdirilib 2014-02-01 at the Wayback Machine
  3. 1 2 "Rusiyanın mədəniyyəti". 2014-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-17.