Ülfət qəzeti

Ülfət1905-ci ildə da nəşr olunmuş qəzet.

Ülfət
Sahibi Əbdürrəşid İbrahimov
Yaranma tarixi 11 (24) dekabr 1905
Dil Tatar dili
Nəşrini dayandırıb 9 (22) iyun 1907
Ölkə

Naşiri və redaktoru tatar jurnalisti və ictimai xadimi Əbdürrəşid İbrahimov idi. İstanbulda təhsil almış, bir sıra Şərq ölkələrinə səyahət etmiş Ə.İbrahimov səfərləri barədə "Ülfət"də və müxbiri olduğu digər qəzetlərdə çoxlu yazılar çap etdirmişdi. Öz yazılarında o, bütün müsəlmanları, o cümlədən türk soyundan olan millətləri inqilabi hərəkatdan istifadə edərək "ittihadi-islam" bayrağı altında birləşməyə çağırırdı. Bir tərəfdən dini birliyi, digər tərəfdən isə türk birliyini təbliğ edən "Ülfət" qəzeti və onun redaktoru "Molla Nəsrəddin" jurnalında Cəlil Məmmədquluzadənin "Hacı İbrahimov", "Qəzetlərdən", "Bəzi işlər", "Helmi paşa", "Biz" və b. felyetonlarında, digər mətbu yazılarında dəfələrlə kəskin tənqid olunmuşdur.

  • Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh.289.