Səttarova Ülkər Eldar qızı (23 may 1986, Bakı) — Texnika elmləri doktoru (2019) və Kompüter elmləri ixtisası üzrə dosent (2016), Azərbaycan Respublikası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru (2023)[1]
Ülkər Səttarova | |
---|---|
Ülkər Eldar qızı Səttarova | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 may 1986 (38 yaş) |
Doğum yeri | |
Təhsili | |
Həyat yoldaşı | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | Dosent |
Elmi dərəcəsi | Texnika elmləri doktoru |
Ülkər Səttarova 1986-cı ildə Bakı şəhərində müəllim ailəsində anadan olub.
Ülkər Səttarova 2008-ci ildə Bakı Dövlət Universitetində tətbiqi riyaziyyat ixtisası üzrə bakalavr, 2010-cu ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetində informasiya texnologiyaları və sistemləri ixtisası üzrə magistr təhsili alıb və hər iki təhsil pilləsini fərqlənmə diplomu ilə bitirib. 2014-cü ildə "Texnika üzrə fəlsəfə doktoru" elmi dərəcəsinə və 2016-cı ildə Kompüter elmləri ixtisası üzrə dosent elmi adına layiq görülüb.[2]
AMEA-da və Fransada aparılan elmi araşdırmanın nəticəsi olaraq 2019-cu ildə Ali Attestasiya Komissiyası tərəfindən Texnika elmləri doktoru elmi dərəcəsi alıb. Ülkər Səttarova 2004–2009-cu illərdə AMEA Kibernetika İnstitutunda və 2010–2018-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində müvafiq vəzifələrdə, 2018-ci ildən isə həmin universitetdə Strateji inkişaf üzrə prorektor vəzifəsində çalışıb. Texnika sahəsi üzrə AAK-sının ekspert şurasının üzvüdür.[3]
Evlidir. Həyat yoldaşı Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarovdur.
100-dən çox elmi əsərin, 5 monoqrafiya və 3 patentin müəllifidir. 50-dən çox məqaləsi ingilis dilində xarici jurnallarda və impakt faktorlu jurnallarda dərc olunmuşdur.