Ümm Külsüm (ərəb. أم كلثوم ʾUmm Kulṯūm) — misirli ərəb səs sənətkarı, müğənni, mahnı yazıçısı və aktrisa. Şərqin Ulduzu və Misirin 4. Piramidası olaraq da tanınır.
Ümm Külsüm | |
---|---|
Fatimə İbrahim əs-Seyid əl-Biltaci فاطمة إبراهيم السيد البلتاجي | |
Ümumi məlumatlar | |
Doğum adı | Fatimə İbrahim əs-Seyid əl-Biltaci |
Ləqəbi | Kövkəb üş-Şərq ("Şərq ulduzu") |
Doğum tarixi | |
Doğum yeri | Təmay əz-Zəhayirə, Əs-Sinbillaveyn, Misir |
Vəfat tarixi | (76 yaşında) |
Vəfat yeri | Qahirə, Misir |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Müğənni, aktrisa |
Fəaliyyət illəri | 1924–73 |
Janr | Klassik musiqi |
Səs tembri | kontralto |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Bütün zamanların ən gözəl səsli müğənnisi olaraq xatırlandığı Misirdə XX əsrin əvvəlində doğulmuşdur. Dəqəhliyə əyalətinin əs-Sinbillaveyn məskunlaşması yaxınlarındakı Təmay əz-Zəhayirə kəndində kasıb bir azançının uşağı idi. Kiçik yaşlarda ətraf kəndlərdə, qızların dəstə içində oxumaları xoş qarşılanmadığından, kişi paltarında ilahilər oxuyaraq tanınmağa başlamışdır. Atası tərəfindən kəşf edilən səsinin ilk təhsilini Qurani-Kərim oxumağı öyrənərək etmişdir. Daha sonra 1920-ci illərdə atası tərəfindən Qahirəyə, Şeyx Əbül Əlanın yanına səs təhsili üçün aparılmışdır. Qahirədə qısa müddətdə Şair Əhməd Rami və Məhəmməd Əbdülvahab kimi sənətkarlarla tanış olmuşdur. Əvvəllər Misirli Münirə Mehdiyə ilə uzun bir yarışa cəlb olunmuşdu. Axırda qələbə Ümm Külsümün oldu və 30-cu illərin əvvəlində artıq Misirin bir nömrəli qadın sənətkarı kimi tanınırdı.