Ümumdünya Qəzet və Xəbər Yayımçıları Assosiasiyası (ing. : World Association of Newspapers and News Publishers: WAN-IFRA) 102 ölkədə 73 milli qəzet birliyi, 11 xəbər agentliyi, 9 regional və ya qlobal mətbuat qrupu və 18000 qəzeti özündə təmsil edən və qazanc məqsədi güdməyən sivil bir toplum qurumudur.
WAN, iyun 2009-da xəbər sənayesi üçün bir araşdırma və xidmət qurumu olan İFRA ilə birləşərək WAN-IFRA adını aldı.[1]
Qeyd: Bu rəqəmlərdə təşkilatın öz rəsmi saytında belə kiçik də olsa fərqliliklər var.
Təşkilat iyun 1948-ci ildə Parisdə keçirilən mərasim əsnasında, Ümumdünya Qəzet və Xəbər Yayımçıları Assosiasiyası tərəfindən fransızca "Fédération Internationale des Editeurs de Journaux — FIEJ" adıyla quruldu. 1948-ci ildən bu günə qədər assosasiyanın quruluş maddələri ilk dəfəsi iyun 1952-ci ildə Brüsseldə olmaqla 16 dəfə müxtəlif yerlərdə dəyişdirildi. Assosiasiya bugünkü adını iyun 2007-ci ildə almışdır. Assosiasiya 1 iyul 1901-ci il tarixli qazanc məqsədi olmayan assosasiyalara dair Fransız qanunvericiliyinə əsasən idarə olunur.
Ümumdünya Qəzetlər Assosiasiyası qarşısına 3 təməl hədəf qoyduğunu bildirir. Bunlar: Mətbuat azadlığını və mətbuat azadlığının təməl şərtlərindən olan qəzetlərin müstəqilliyini müdafiə və təmin etmək. Fərqli ölkələr və bölgələrdəki qəzet redaktorları arasında ünsiyyəti və əlaqəni inkişaf etdirərək, qəzet nəşrinin inkişafını təmin etmək. Milli, regional, ya da qlobal olaraq üzv təşkilatlar arasında əməkdaşlığı təmin etmək.
Avtomatik Məzmun İstifadə Protokolu İngiliscəsi "Automated Content Access Protocol" olan və Ümumdünya Qəzet Assosiasiyası tərəfindən olunan bu təşəbbüsün məqsədi, öz ifadələrinə görə, qəzet və dərgi məzunlarının icazəsiz istifadəsinin qarşısını almaqdır. Bu məqsədlə inkişaf etdirilən proqram; qəzet və dərgi məzmunlarının istifadəsinə nəzarət edir, bunun üçün icazə alınmasını asanlaşdırır, icazəsiz istifadə edilən vəsaiti sıradan çıxarır.[2]
Bu tətbiqdə web saytların məzmununu yoxlayıb icazəsiz istifadə olub-olmadığını yoxlayacağına görə, Robot Bloketmə Standartının gələcəkdə ola biləcək əlavəsi olaraq görülür. Bundan əlavə, hələ də birliyin, qəzetlərinin məzmunlarının özlərindən icazəsiz dərc olunduğunu iddia etdiyi və Google tərəfindən verilən xəbərlər xidmətinə görə, şirkət ilə anlaşılmazlıqlar davam edir.