Ümumdünya Turizm Günü (ing. World Tourism Day) — Hər il 27 sentyabr tarixində qeyd edilən əlamətdar gün.[1]
Ümumdünya Turizm Gününün qeyd olunduğu tarix Ümumdünya Turizm Təşkilatının tarixi ilə bağlıdır.[1] Belə ki, 1925-ci ildən İsveçrənin Cenevrədə müxtəlif adlar altında fəaliyyət göstərən bu beynəlxalq turizm təşkilatı 1970-ci il 27 sentyabr tarixində Ümumdünya Turizm Təşkilatı kimi formalaşıb.[1] 1979-cu ildə Baş Qərargahı İspaniyanın paytaxtı Madrid şəhərinə köçən bu təşkilat 27 sentyabr – Ümumdünya Turizm Gününü təsis edib.[1] Hazırda dünyanın 150-dən çox ölkəsində hər ilin 27 sentyabr tarixi turizm təmsilçilərinin bayramı kimi qeyd edilir.[1]
Ümumi xarakterli ilk təşkilat 1925-ci ildə yaradılmış turizm təbliğinin rəsmi assosiyalarının Beynəlxalq Konqresidir. O, 1927-ci ildə rəsmi Turizm Təşkilatlarının Beynəlxalq Konqresi, 1930-cu ildə isə turizmin təşkili və Təbliğinin Beynəlxalq İttifaqı adını almışdır. 1947-ci ildə ardıcıl olaraq dəyişən sadalanmış turizm strukturlarının bazasında beynəlxalq qeyri-hökumət təşkilatlarının Beynəlxalq İttifaqı (KTTBİ) təsis edilmişdir. 1969-cu ildə BMT Baş Assambleyasının qətnaməsinə əsasən qeyri-hökumət təşkilatı BRTTİ-nin hökumətlərarası Ümumdünya Turizm Təşkilatına çevrilməsinə səbəb oldu. 1970-ci ilin sentyabr ayında KTTBİ-nin fövqalədə Baş Assambleyasının iclasında (Meksika) bu ittifaqın adının dəyişib hökumətlərarası turizm təşkilatı - Ümumdünya Turizm Təşkilatı adı alması məsələsinə baxılmışdır. ÜTT-nin Nizamnaməsi 1970-ci il sentyabr ayının 27-də qəbul edilmişdir.
1975-ci ildə Madrid şəhərində (İspaniya), Ümumdünya Turizm Təşkilatının Birinci Baş Assambleyası keçirildi və Robert Lonati Təşkilatın Baş Katibi seçildi. Həmin il rəsmən BMT-nin beynəlxalq ixtisaslaşmış təşkilatı - ÜTT-nin yaranması ili hesab edilir. 1980-ci ildə ildə keçirilmiş 2-ci Baş Assambleyasında hər il sentyabrın 27-nin “Beynəlxalq Turizm Günü” kimi qeyd olunması qərara alındı.[2]