Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
"Ürəkbulanma" (fr. La Nausèe, ilk adı Melanxoliya) — Jan Pol Sartrın ilk əsəri. Bu əsəri o, Havrda dərs dediyi vaxtlarda yazıb. Ürəkbulanma yazıçının dilimizə tərcümə olunmuş ilk əsəridir.
Ürəkbulanma | |
---|---|
fr. La Nausèe | |
Müəllif | Jan Pol Sartr |
Janr | Fəlsəfi roman |
Orijinalın dili | fransız dili |
Ölkə | |
Orijinalın nəşr ili | 1938[1] |
Tərcüməçi | Gülər Qasımova |
Nəşriyyat | Solfront |
Səhifə | 262 |
ISBN | 978-9952-444-66-7 |
Jan Pol Sartrın həyatından, əsərlərindən, nəzəri və fəlsəfi işlərindən, siyasi fəaliyyətindən xəbəri olan hər kəs başa düşür ki, bu heç də təsadüfi deyil.
Sartr bütün dünyaya özünü 1938-ci ildə bu kitabla tanıdıb. "Ürəkbulanma" əsəri Sartrın bundan sonrakı bütün əsərlərinə öz "xüsusi" təsirini göstərib.
Müəllifin qaldırdığı mövzular mövcudluq fəlsəfəsi üçün xarakterikdir: insan taleyi, xaos, qorxu hissi, ümidsizlik, çarəsizlik.
Əsər XX əsrin 60-cı illərində tələbə hərəkatlarının, demokratik və maoist hərəkatların həm iştirakçısı, həm də simvolu olub.
Roman oxucuya Rokentenin gündəliyi şəklində təqdim olunur. Gündəliyin məqsədi — əsl mahiyyəti axtarıb tapmaqdır. Vaxtaşırı qəhrəmanda ürəkbulanma olur.
Daha dəqiq desək, "Ürəkbulanma" Rokentenin dünyanı anidən dərk etməsi ilə müşahidə olunan hisslərinin kəskinləşməsidir. Rokentenin başına gəlmiş hansısa bir iş onu narahat edir və səbəbin tapmağa çalışır. Vaxtaşırı qəhrəmanda ürəkbulanma olur. Ürəkbulanma Rokentenin dünyanı anidən dərk etməsi ilə birgə müşahidə olunan hisslərinin kəskinləşməsidir.
O, ilk dəfə yerdə gördüyü daş parçasını götürmək istəyəndə, bunu bacarmadığını başa düşür. Və elə bu anda da o, mövcudluğun absurdluğuna qarşı "ürəkbulanma" hiss etməyə başlayır.
M. A. Kisselin romanı oxuduqdan sonra gəldiyi nəticə: "Həqiqət insandan azadlıq uğrunda hərəkət tələb edir. Öz ağlının və iradəsinin gücü ilə "azadlıq proyektini" yalnız o gerçəkləşdirə bilər".