Ürəkbulanma — diffuz diskomfort və narahatlıq hissi, bəzən qusma istəyi kimi qəbul edilir. Ağrılı olmasa da, uzun müddət davam etdikdə zəiflədici bir simptom olur və sinə, qarın və ya boğazın arxasında narahatlıq hissi yaradır.[1] Qidalanma səhvləri, zəhərlənmələr, qarın boşluğu orqanlarının, mərkəzi sinir sistemin xəstəlikləri, hamiləlik, COVİD-19 və s. səbəb ola bilər.
Ürəkbulanma | |
---|---|
XBT-10 | R |
XBT-9 | |
MedlinePlus | 003117 |
MeSH | D009325 |
Vikianbarda əlaqəli mediafayllar |
Kilo itkisi ilə müşayiət olunan bəzi xəstəliklərdə (xərçəng, QİÇS) ürəkbulanma daim ola bilər və beləliklə həyat üçün təhlükə yaradar.
Ürəkbulanma və qusmanı öyrənən tibb sahəsinə emetologiya deyilir.
Mədə-bağırsaq infeksiyaları (37%) və qida zəhərlənməsi kəskin ürəkbulanma və qusmanın ən çox yayılmış səbəbləridir.[2] Dərmanların yan təsirləri (3%) və hamiləlik zamanı tez-tez olur.[2]
Xroniki ürəkbulanmanın bir çox səbəbi var.[2] Ürəkbulanma və qusma halların 10%-də diaqnoz qoyulmamış qalır. Uşaqlıqdan sonra həkimə müraciətlərin sayı yaşla davamlı olaraq azalır. 65 yaşdan yuxarı insanların həkimə müraciətlərinin yalnız 1 % ürəkbulanma ilə əlaqədardır.
Mədə-bağırsaq infeksiyası kəskin ürəkbulanma və qusmanın ən çox yayılmış səbəblərindən biridir.[2] Bəzən əsas simptom olaraq qastro-ezofageal reflyuks xəstəliyi, funksional dispepsiya, qastrit, qastroparez, mədə xorası, qlütenə qarşı həssaslıq, qlütenoz xəstəliyi, hepatit, yuxarı mədə-bağırsaq traktında bədxassəli neoplazmalar və mədəaltı vəzin xərçəngi xroniki ürəkbulanmanın səbəbi ola bilər.[2][3] Mürəkkəb olmayan Helicobacter pylori infeksiyası xroniki ürəkbulanma yaratmır.[2]
Qida zəhərlənməsi adətən çirklənmiş qida qəbulundan 1-6 saat sonra qəfil ürəkbulanma və qusmaya səbəb olur və 1-2 gün davam edir.[4] Bu, qidada olan bakteriyalar tərəfindən istehsal olunan toksinlərlə bağlıdır.[4]
Bir çox dərman potensial olaraq ürək bulanmasına səbəb ola bilər.[4] Ən çox kimyaterapiyada və ümumi anesteziyada istifadə olunan dərmanlar daxildir.
Ürəkbulanma erkən hamiləlik dövründə tez-tez oıur, lakin bəzən ikinci və üçüncü trimestrlərdə də davam edə bilər. Birinci trimestrdə qadınların təxminən 80%-də müəyyən dərəcədə ürəkbulanma olur.[5] Buna görə də hamiləlik uşaq doğulma yaşında olan hər hansı cinsi aktiv qadında ürək bulanmasının mümkün səbəbi kimi qəbul edilməlidir.[4] Adətən yüngül və özünü məhdudlaşdıran olmasına baxmayaraq, hamiləliyin hiperemezisi kimi tanınan ağır hallarda müalicə tələb oluna bilər.[6]
Hərəkət pozuintusu və başgicəllənmə kimi balansla əlaqəli bir sıra vəziyyətlər ürəkbulanma və qusma ilə nəticələnə bilər.
Dismenoreya ürək bulanmasına səbəb ola bilər.[7]
Ürəkbulanma depressiya, qorxu, həyəcan hissi və qidalanma pozuntularından yarana bilər.[8]
Ürək bulanmasının əksər səbəbləri ciddi olmasa da, bəzi ciddi şərtlər ürəkbulanma ilə əlaqələndirilir. Bunlara pankreatit, nazik bağırsaq keçməməzliyi, appendisit, xolesistit, hepatit, Addison xəstəliyi, şəkərli ketoasidoz, kəllədaxili təzyiqin artması, kəllədaxili hipotenziya, beyin şişləri, meningit, infarkt, quduzluq,[9] dəm qazından zəhərlənmə və b. daxildir.[2]
Obstruktiv pozuntular
Bağırsaq infeksiyaları
İltihabi xəstəliklər
Diğər
Ürək-ağciyər
Daxili qulağın xəstəlikləri
Beyindaxili pozuntular
Psixiatrik xəstəliklər
Digər
Endokrin/metabolik xəstəliklər
Toksinlər
Ürəkbulanma və qusma ilə bağlı tədqiqatlar insan orqanizminin anatomiyasını və neyrofarmakologiyasını öyrənmək üçün heyvan modellərinin istifadəsinə əsaslanır.[11] Ürək bulanmasının fizioloji mexanizmi hələ tam aydınlaşdırılmamış mürəkkəb bir prosesdir.
İnsan bədənində ürəkbulanma və qusma hissi yaratmaq üçün davam edən xüsusi tetikleyicilər tərəfindən aktivləşdirilən 4 ümumi yol var.[12]
Bu yollardan hər hansı birindən gələn siqnallar daha sonra tək yol nüvəsi, vagus dorsal motor nüvəsi və mərkəzi model generatoru daxil olmaqla bir neçə strukturu aktivləşdirərək beyin sapına gedir.[13] Bu strukturlar ürəkbulanma və qusmanın müxtəlif sonrakı təsirlərini siqnal etməyə davam edir. Bədənin motor əzələlərinin reaksiyalarına mədə-bağırsaq traktının əzələlərinin tutulması daxildir və əslində qarın əzələlərinin daralmasını artırarkən mədənin məzmununun ağıza doğru hərəkət etməsinə səbəb olur. Avtonom təsirlərə tüpürcək ifrazının artması və tez-tez ürəkbulanma və qusma ilə müşayiət olunan zəiflik hissi daxildir.
Təsvir edilmişdir ki, ürək dərəcəsinin dəyişməsi, həmçinin hipofizin arxa hissəsindən vazopressin ifrazı baş verə bilər.
Şiddətli qusma nəticəsində maye itkisi səbəbindən dehidrasiya varsa, oral elektrolit məhlulları ilə rehidratasiyaya üstünlük verilir. Əgər bu effektiv deyilsə və ya mümkün deyilsə, venadaxili rehidratasiya tələb oluna bilər.[14] Tibbi yardım aşağıdakı hallarda tövsiyə olunur: şəxs maye saxlaya bilmirsə, simptomlar 2 gündən çox davam edirsə, zəifdirsə, hərarəti yüksəlirsə, mədəsində ağrı varsa, gündə iki dəfədən çox qusursa və ya 8 saatdan çox sidiyə getmirsə.[15]
Proqnozu səbəbdən asılıdır. Əksər insanlar bir neçə saat və ya gün ərzində sağalırlar. Qısa müddətli ürəkbulanma və qusma adətən zərərsiz olsa da, bəzən daha ciddi bir vəziyyəti göstərə bilər. Uzun müddətli qusma ilə birlikdə bu, susuzlaşdırmaya və ya təhlükəli elektrolit balanssızlığına və ya hər ikisinə səbəb ola bilər.[16]
A lower proportion of NCG/WS patients (from 30% to 50%) complain of upper gastrointestinal tract manifestations, e.g. vomiting, nausea, gastroesophageal reflux disease, aerophagia and aphthous stomatitis. (NCG/WS: Non-coeliac gluten/wheat sensitivity)