Üruzganda toya hücum

Üruzganda toya hücum — 1 iyul 2002-ci il tarixində Əfqanıstanın Üruzgan vilayətində keçirilən bir toy mərasimi zamanı bir ABŞ hərbi təyyarəsinin toyun keçirildiyi məkana bomba atması.[1]

Üruzganda toya hücum
Ümumi məlumatlar
Yeri
Tarix 1 iyul 2002

1 iyul 2002-ci ildə ABŞ Hərbi Hava Qüvvələri Əfqanıstanın Üruzgan vilayətində hava hücumu həyata keçirmişdir. Atılan bombalardan biri toy məclisinə düşmüşdür. Nəticədə ən azı 34 nəfər ölmüş, ən azı 50 nəfər yaralanmışdır. Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələri öz təyyarələrinin qısa müddət əvvəl zenit atəşi ilə hədəfə alındığını söyləmişdir. Əfqanıstan hökuməti toy qonaqlarının bayram münasibətilə havaya atəş açdıqlarını bildirmişdir.[2][3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "US bomb blunder kills 30 at Afghan wedding". the Guardian (ingilis). 2002-07-02. 2022-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-14.
  2. "CNN.com - Afghan: U.S. bomb hits wedding party - July 1, 2002". edition.cnn.com (ingilis). 2021-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-14.
  3. "US justifies Afghan wedding bombing" (ingilis). 2002-09-07.[ölü keçid]