ABŞ Silahlı Qüvvələri (ing. United States Armed Forces) — Amerika Birləşmiş Ştatlarını qorumaq məsuliyyəti daşıyan ordu.
ABŞ Silahlı Qüvvələri | |
---|---|
United States Armed Forces | |
Qurulub | 14 iyun 1775 |
Daxildir | Sahil Mühafizə |
Qərargah | ABŞ, Pentaqon |
Rəhbərlik | |
Ali Baş Komandan | Co Bayden |
Müdafiə Naziri | Lloyd Ostin |
Canlı qüvvə | |
Hər il əsgərlik yaşına çatan | 2 milyon (2016) |
Aktiv kadr | 1,388,545 |
Ehtiyat kadr | 849.450 |
Xərclər | |
Büdcə | 738 milyard USD (2020)[1] |
ÜDM faizi | 3,42% (2019)[2] |
ABŞ Ordusu ilk dəfə, yeni qurulan Amerika dövlətini Müstəqillik Müharibəsində Böyük Britaniyaya qarşı müdafiə etmək üçün 13 ştatın təşkil etdiyi Konqres rəhbərliyi tərəfindən 1775-ci ildə quruldu. ABŞ-nin qurulmasından qabaq və müstəqilliyin ilk illərində ordu üçün əsgərlər ştatlarda yaşayan təhsilsiz insanlar arasından təmin edilirdi. Ancaq qısa bir müddət sonra nizamlı bir quru ordusu və dəniz donanmasına ehtiyac olduğu meydana çıxdı. ABŞ Donanması 1794-cü ildə bir neçə dənə esmines alınmasıyla qurulmuş oldu və bu vaxt həm də nizamlı quru ordusu quruldu. Ancaq ordu yenə də çox kiçik və əsasən döyüş zamanı əyalətlərdəki silah istifadə edə bilən kəslərin qatqısına möhtac idi. Müstəqillikdən vətəndaş müharibəsinə qədər olan dövrdə Amerikan ordusu Osmanlı dövlətinə kağız üzərində bağlı olan Əlcəzairli Bərbər piratları ilə döyüşdü və qələbə qazandı. Bundan başqa 1812-ci ildə Böyük Britaniya ilə yeni savaşa girərək onu məğlub etdi və ABŞ-Meksika müharibəsində qalib gələrək Meksika ərazisinin yarıdan çoxunu işğal etdi.
ABŞ-də Müdafiə Nazirliyi nəzdində Silahlı Qüvvələrin Keşişlər İdarəsi tərəfindən təşkil edilir. Keşişlər orduda fəaliyyət göstərmək üçün ilahiyyat təhsili ilə yanaşı, hərbi akademiyanı da bitirməlidirlər. Orduda 1200 Keşiş zabit qismində fəaliyyət göstərir. Onlar həm də təlimlərdə iştirak edirlər. Bundan əlavə, müqavilə ilə işləyən keşişlər də vardır.