Üsamə bin Laden (fil)

Üsamə bin Laden — ümumilikdə 27 nəfəri (digər mənbələrə görə 14 nəfər) öldürərək, hind kəndlərinin sakinlərini qorxuya salan məşhur Asiya fili.

Üsamə bin Laden
Cinsi Asiya fili
Cinsiyyəti erkək
Ölüm tarixi
Vəfat yeri Assam, Hindistan
Fəaliyyət illəri 2004-2006
Şərəfinə adlandırılıb Üsamə bin Laden

Həyatı[redaktə | mənbəni redaktə et]

Fil məşhur terrorçu Üsamə bin Ladenin şərəfinə adlandırılıb.[1] Erkək cinsindən olan filin boyu üç metr idi. O, iki il Hindistanın Assam ştatını əhalisini qorxuya saldı. Fil yüzdən çox evi dağıtmışdı, kənd tarlalarını məhv etmişdi və yerli sakinləri öldürmüşdür. Görünür fil ağıllı idi, çünki təqibdən gizlənə bilirdi, qaldığı yeri tez dəyişirdi və və ovçular üçün iz buraxmırdı. Bildirilmişdir ki, fil fişəng və oddan çəkinmir, və tələ onun üçün qorxulu deyil.[2] Onun vəhşiliyinin miqyası o hüdudlara gəldi ki, yerli sakinlər qəzəblənmiş fili aradan qaldırılması üçün hərbi dəstə və polis bölməsi göndərmək məcburiyyətində qaldılar, bundan əlavə əməliyyata təcrübəli meşə gözətçiləri cəlb olundu.

18 dekabr 2006-cı ildə yaxın məsafədən Üsəma ben Laden təxmin edilən fil güllələndi. Həmin filin məhz o olduğuna və ya səhvən başqasının öldürüldüyünə dair birmənalı məlumat yoxdur. Bununla belə, fillərin yeni qətlləri barədə xəbərlər daha gəlmədi.[3]

Səbəblər[redaktə | mənbəni redaktə et]

Fillərin insanlara hücumu nadir hadisə sayılmır. 2001-ci ildən 2006-cı ilə qədər Hindistanın Assam ştatında fillər 250 nəfərdən çox insanı qətlə yetirmişdilər. Fillər nikah dövründə bəzən musta düşürlər və onların qarşısına çıxan hər şeyi məhv etməyə başlayırlar. Bundan başqa, araşdırmalar göstərib ki, fillər pivə içməyi sevirlər. Bəzi fillər insanların evlərini dağıdıb, orada ev pivəsinin ehtiyatını tapırlar və onu içib, divanə olurlar.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1.  Authorities in India hunting killer elephant named after Osama bin Laden Arxivləşdirilib 2015-01-04 at the Wayback Machine. WAFF.
  2.  Bignell, Paul'Osama' the serial killer elephant is shot dead – or is he? Arxivləşdirilib 2015-01-02 at the Wayback Machine (18 dekabr 2006).
  3.  Индийский слон-маньяк по кличке «Усама бен Ладен» убит Arxivləşdirilib 2016-08-06 at the Wayback Machine (rusca)
  4. В Индии застрелен слон-убийца бен Ладен[ölü keçid] (rusca)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]