Üstüpü piri

Üstüpü piriOrdubad rayonunun Üstüpü kəndindən ş.-də, hündür təpənin üzərində ziyarətgah.

Bu müqəddəs yer-pir Ordubad rayonunun Üstüpü kəndinin şərq tərəfində, yüksək ərazidə yerləşir. Coğrafi cəhətdən yaşayış məskəninin səviyyəsindən yüksəklikdə yerləşir. Piri bəzən "İsfəndiyar" da adlandırırlar. Qərbdən şərqə uzanan binadan (ölçüsü: uzunu 8,7 m, eni 3,5 m, hündürlüyü 2,7 m) ibarət olan pirdə ziyarət obyekti olan qəbir vardır.[1] Qəbirin üstü 50 sm ucalığında hörülüb, qara mərmərlə üzlük çəkilib. Ancaq qəbirin üstündə epiqrafik sənəd — kitabə olmadığı üçün onun mənsubiyyəti haqqında tutarlı elmi fikir söyləmək öiümkün deyil. Kənd əhalisindən bəzi adamların fikrincə bu birdə İsfəndiyar adlı müqəddəs şəxsiyyət dəfn olunmuşdur. Yerli əhalinin söylədiyinə görə bu qəbirdə uyuyan mərhumla, kənddən cənub tərəfdə yerləşən Düylün kəndindəki pirdə dəfn olunan şəxs bacı qardaşdırlar. Deyilənə görə buruda dəfn olunan mərhum dəvə ilə bu əraziyə gəlmiş, burada yaşamış, vəfat etdikdən sonra burada da dəfn olunmuşdur. Bundan sonra onun qəbiri ziyarətgaha çevrilmişdir. Onun dəvəsi isə daşa çevrilmişdir. Pir binasının şimaldan giriş qapısından təxminən 5 metr aralı iki qəbir vardır. Kənd sakini, ixtisasca rus dili müəllimi olan 70 yaşlı Yusif Muradov deyir ki, (məlumat 2007-ci ildə alınmışdır) mən nəsil şəcərəmizdə doqquzuncu adamam. Babalarım bu piri görüblər. Babək rayonunun Cəhri kəndində də eyni adlı ziyarətgah vardır. Üstüpü pirinin yaranması tarixini təxminən XVl-XVll əsrlərə aid etmək olar..[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Hacıfəxrəddin Səfərli. Naxçıvan məscid və ziyarətgahları. Naxçıvan:"Əcəmi",2018
  2. Naxçıvan Abidələri Ensiklopediyası. Naxçıvan, 2008