Üstüpü (əvvəlki adı: Ustupu) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Çənnəb kənd inzibati ərazi dairəsi tərkibindəki Ustupu kəndi Üstüpü kəndi adlandırılmış, Çənnəb kənd inzibati ərazi dairəsinin mərkəzi Çənnəb kəndindən Üstüpü kəndinə keçirilmiş, Çənnəb kənd inzibati ərazi dairəsi Üstüpü kənd inzibati ərazi dairəsi adlandırılmışdır.[2]
Üstüpü | |
---|---|
39°01′34″ şm. e. 45°54′32″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Dağ ətəyindədir. Yerli əhali kəndin adını Üstüpü kimi tələffüz edir. Yaşayış məntəqəsi kimi hələ səfəvilər dövründən (XVI əsr) məlumdur. Yerli əhalinin məlumatına görə kəndin üst tərəfində pir olduğuna görə kənd Üstüpir adlandırılmış sonralar oykonim bir qədər dəyişilmişdir. Azərbaycan dilinin qərb qrupu dialektində ustupulu/ustuflu/ustublu "səliqəli, abad" mənalarında işlənir.Güman etmək olar ki, kəndin adı elə bu məna ilə bağlıdır. 2003- cü ildən kəndin adı Üstüpü kimi rəsmiləşdirilmişdir.[3]
Rayon mərkəzindən 36 km şimal-qərbdədir. Çənnəb və Məzrə kəndləri ilə qonşudur.
Əhalisi 1281 nəfərdir. (2009-cu il)[4]
Əhalisi meyvəçilik, əkinçilik, heyvandarlıq və arıçılıqla məşğuldur.
Orta məktəbi, uşaq bağçası, klubu, kitabxanası var[5].