Üst Dudkinski adası

Üst Dudkinski — Ufa şəhərinin Kirovski rayonu ərazisindən axan Ufa çayının yatağında yerləşən ada. Çayın sağ sahilinə yaxın yerləşir. Adada yaşayış yoxdur. Ufa kanat yolu və bərə ilə adaya yan almaq mümkündür.

Üst Dudkinski
Yerləşməsi
54°44′33″ şm. e. 56°02′41″ ş. u.
Ölkə  Rusiya
Region
  • Başqırdıstan
Akvatoriya
Üst Dudkinski xəritədə
Üst Dudkinski
Üst Dudkinski

Təsviri[redaktə | mənbəni redaktə et]

Ada meşə ilə örtülüdür. Qərb və şimal-qərb sahilləri dərin, qalan sahilllər isə bataqlıqlaşmışdır. Ərazisində hansısa tikili yoxdur. Ancaq cənub sahilinin daxilinə doğru kiçik çəmənlik vardır.

Şimal-qərb hissəsinə yaxın bir allüvial adacık yerləşir. O demək olar ki, kiçik qum dənəciklərindən təşkil edilmişdir və qeyri-rəsmi olaraq Cənnət adası adlanır. Quraq illərdə Üst Dudkinski adası ilə birləşir. Yay aylarında isə burada dayaz bir boğaz əmələ gəlir. İyul və avqust ayları adalara gediş asanlaşır.

Adı[redaktə | mənbəni redaktə et]

S. Sininkonun «Qədim və yeni Ufa» ensiklopediyasına əsasən adanın iki adı vardır.

Mənbə[redaktə | mənbəni redaktə et]