Üst Paleolit və ya Son Paleolit[1] — təxminən 40 min il bundan əvvəl başlanmış, e.ə.12-ci minilliyə qədər davam etmişdir.
Bu dövrdə iqlim mülayimləşmiş, bitki və heyvanat aləmində, habelə ictimai həyatda xeyli dəyişikliklər baş vermişdir. Üst Paleolit dövründə ibtidai insanlar mağarada yaşamış və özlərini təbiətin təhlükəli hadisələrindən və vəhşi heyvanların hücumlarından qorumuşlar. Bu dövrün maddi qalıqlarına Qarabağ və Qazax bölgələrinin Paleolit düşərgələrində daha çox rast gəlinmişdir.[2]
Üst paleolit dövründə bir sıra heyvanların, xüsusilə nəhəng maralın, mağara ayısının nəsli kəsilmişdir. İnsanlar ən çox Qafqaz maralı, ceyran, cüyür, dağkeçisi və s. ovlayırdılar. İnsanların istifadə etdikləri qaşovlar, biz, gəzli (yəni kənarı dişəkli) və üçbucaq əmək alətləri geniş yayılmışdır.[2]
Üst paleolit dövründə Azərbaycan ərazisində müasir insan tipinin, yəni ağıllı insanın[a] ("Homo Sapiens") yaranması başa çatmışdı. İnsan fiziki və əqli inkişafın yüksək mərhələsinə çatmışdır. Təfəkkür və nitq inkişaf tapmışdır. İbtidai cəmiyyətin bu mərhələsində ilk vaxtlar insanlar bir-birini adi hərəkətlərlə (kinetik dillə — əl, dodaq ,göz hərəkətləri ilə və s. hərəkətlərlə) başa salırdılar. Lakin onlar bu üsulla uzaq məsafədə və qaranlıqda ünsiyyət yarada bilmirdilər. Əmək fəaliyyətinin artması, şüurun, düşüncənin inkişafı tədricən səsli nitqin yaranmasına səbəb olmuşdu.[3]
Səsli nitq ilk vaxtlar ibtidai insanların yaratdığı və tələffüz etdiyi ilk sözlərdən, təsərrüfat həyatı ilə bağlı tək–tək sadə ifadələrdən ibarət olmuşdur. Tədricən belə ifadələrin birləşməsindən nisbətən mürəkkəb fikri ifadə edən səsli nitq — danışıq ünsiyyət vasitəsi yaranmışdır.[4]
Ulu icmanı qəbilə icması əvəz etmişdir. Onun əsasını qan qohumu olan insanların birliyi təşkil edirdi. Buna nəsli qəbilə quruluşu deyilir. Nəsli qəbilə dövründə insanlar ana xətti ilə qohumluq əsasında birləşmişdirlər. Qəbilənin həyatında qadın mühüm rol oynayırdı.[5]
Uşaqların qayğısına qalmaq, giləmeyvə və yabanı bitkilər toplamaq, odu qoruyub saxlamaq, yemək hazırlamaq və s. qadınların işi idi. Buna görə də nəsli qəbilə icması anaxaqanlığı (matriarxat[b]) adlanır.[6]
Sitat səhvi: " lower-alpha " adlı qrup üçün <ref>
teqləri mövcuddur, lakin müvafiq <references group="lower-alpha"/>
teq tapılmadı