Üzüm fır gənəciyi

Üzüm fır gənəciyi - (lat. Eriophyes vitis) buğumayaqlılar tipinin gənəciklər dəstəsinin fır əmələgətirən gənəciklər fəsiləsinə aid olan növ

Üzüm fır gənəciyi
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
Üzüm fır gənəciyi
Beynəlxalq elmi adı
  • Eriophyes vitis

Xarici quruluşu[redaktə | mənbəni redaktə et]

Üzüm fır gənəciyi adi gözlə görünməyən 0,14-0,16 mm uzunluğunda olan kiçik gənəciklərdir. Gənəciyin bədəni sarıdır. Ön tərəfdən iki cüt beş buğumlu ayağı, arxa tərəfdən isə iki qıl şəkilli çıxıntısı vardır. Sürfəsi rənginə görə yetkin fərdə oşşayır. Lakin onlardan çox kiçikdir.

Həyat tərzi[redaktə | mənbəni redaktə et]

Azərbaycanda üzüm gənəciyinin biologiyası tam öyrənilməmişdir. Gənəciklər birillik zoğların altında qışlayırlar. Yazda tumurcuqların açılması ilə əlaqədar gənəciklər qışlama yerindən çıxır. Yarpağın alt tərəfində xüsusi çökəkciklər içərisində nazik tellər olur. bu nazik tellər içərisinə gənəciklər yumurta qoyur. Üzüm fır gənəciyi vegetasiya dövrü ərzində bir neçə nəsil verir. İnkişafı tam dəqiq öyrənilməmişdir.

Yayılması[redaktə | mənbəni redaktə et]

Üzümçülüklə məşğul olan bütün rayonlarda, Qazax, Tovuz, Göygöl, İsmayıllıda geniş yayılmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]