Üzən valyuta məzənnəsi (ing. floating exchange rate) — valyutanın dəyərinin valyuta bazarının təsiri ilə dəyişməsinə icazə verilən valyuta kursu rejimi. Üzən kursdan istifadə edən valyutalar üzən valyuta adlandırılır.
Təsbit edilmiş məzənnə rejimində mərkəzi bank tədiyə balansının tarazsızlığını maliyyələşdirmək üçün tələb olunan miqdarda xarici valyutanı təmin etməlidir. Çevik (üzən) məzənnə rejimində isə mərkəzi bank əksinə, xarici valyutaya olan tələb-təklifi tarazlaşdırmaq məqsədilə məzənnənin dəyişməsinə imkan verir. Əgər dolların yenə nəzərən məzənnəsi 0.86 sentə bərabərdirsə və Yaponiyanm ABŞ-yə ixracı artırsa, bu, amerikanların yapon ixracatçılarına daha çox ödəniş etmələrini tələb edir. Yaponiya Mərkəzi Bankı prosesə müdaxilə etmir və məzənnə öz-özünü tənzimləyir. Bu nümunədə məzənnə 0.86-dan 0.90-dək dəyişir və yapon məhsullarını dollar ifadəsində bahalaşdırır, amerikan istehlakçıları üçün onu daha az cəlbedici edir. Çevik məzənnə və üzən məzənnə qarşılıqlı əvəz oluna bilən anlayışlar kimi istifadə olunur.Üzən məzənnə rejimi də özlüyündə iki yerə bölünür:"Təmiz" və "Çirkli"
“Təmiz” üzən məzənnə rejimində mərkəzi bank valyuta bazarında iştirak etmir və məzənnə bazar tərəfindən müəyyən olunur. Bu rejimdə mərkəzi banklar heç bir müdaxilə həyata keçirmədiklərinə görə rəsmi valyuta əməliyyatları müvafiq olaraq sıfıra bərabər olur. Bu, o deməkdir ki, “təmiz” üzən məzənnə rejimində tədiyə balansı həmişə tarazlıqda olur. Məzənnə cari hesabla kapital hesabının cəmini heç bir müdaxilə olmadan sıfıra bərabərləşdirir.
Xatırladaq ki, çevik məzənnə rejimi 1973-cü ildən etibarən tətbiq edilir. Təcrübədə çevik məzənnə rejimi, adətən, “təmiz” səciyyə daşımır. Əvəzində tənzimlənən və ya “çirkli” üzən məzənnə rejimi daha çox tətbiq olunur. Tənzimlənən-üzən məzənnə rejimində mərkəzi banklar məzənnəyə təsir göstərmək üçün xarici valyutanın alqı-satqısını həyata keçirirlər. Bu səbəbdən rəsmi valyuta ehtiyatları üzrə əməliyyatlar sıfıra bərabər olmur. Üzən məzənnə rejimində mərkəzi banklann müdaxiləsi üçün səbəblər haqqmda 20-ci fəsildə ətraflı bəhs olunacaq.
İqtisadiyyat haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
"Makroiqtisadiyyat" Rudiqer Dornbuş, Stenli Fişer, Riçard Stars(tərcümə:S.Adıgözəlov, A.Qasımov) 2015, s 289