Üzeyir Mehdizadə

Üzeyir Bəxtiyar oğlu Mehdizadə (19 may 1990) — Azərbaycanlı bəstəkar-müğənni, meyxanaçı.

Üzeyir Mehdizadə
Ümumi məlumatlar
Doğum tarixi 19 may 1990(1990-05-19) (34 yaş)
Vətəndaşlığı
Atası Bəxtiyar Mehdizadə
Anası Mehparə Mehdizadə
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi, müğənni, mahnı yazarı[d], söz yazıçısı[d], bəstəkar, aranjimançı[d], musiqi prodüseri
music.uzeyir.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Üzeyir Mehdizadə 19 may 1990-cı ildə Bakı şəhərində anadan olub.

1995-ci ildə 14 nömrəli məktəbdə 1-ci sinfə gedib. 2008-ci ildə "Gəl yarına" adlı albomu işıq üzü görmüşdür. 2009-cu ildə isə artıq öz şəxsi studiyasını yaratmış və studiyanın ilk işi olan "O mənim olmalıdır" albomunu ərsəyə gətirmişdir.[1]

2010-cu ildə "O olmasa neynəyərəm" albomu dinləyicilərə təqdim edilib. 2015-ci ildə isə "Əlvida keçmişim", "Dostum", "Onsuzda bəxti qarayam", "Səndən ötrü", "Bunu da örgənəcən" adlı mahnıları daşıyan albomu ilə rekord baxış sayı qazanıb. 2016-cı ildə də Moskvada "Club Arena Star"-da konsert verib. "Ay ölmüş" mahnısı isə 2016-cı ilin ən populyar mahnısı olub.[mənbə göstərin]

2014-cü ildə ifa etdiyi və yalnız bir şəkil üzərində olan "Yaxşı olar" mahnısı qısa müddətdə dinləyənlərin rəğbətini qazanmışdır, habelə 50 milyondan artıq baxış sayı[2] olan musiqiyə 10 iyun 2018-ci ildə (musiqinin 4 illiyinə) "Yaxşı olar" klipi də çəkilmişdir.

Üzeyir Mehdizadə dünyanın bir çox ölkə və şəhərlərində konsertlər vermişdir, bunlardan Türkiyəni,[mənbə göstərin] Almaniyanı,[mənbə göstərin] Rusiyanı,[mənbə göstərin] Özbəkistanı,[mənbə göstərin] Qazaxıstanı,[mənbə göstərin] Ukraynanı [mənbə göstərin] və.s qeyd etmək olar.

Üzeyir Mehdizadə 2018-ci il tarixində ailə həyatı qurmuşdur[3]

Atası Bəxtiyar Mehdizadə 1963-cü ildə anadan olub. 1985-ci ildə ailə qurub. Anası Mehparə Məmməd qızı Mehdizadə. 2008-ci ildə ürək tutmasından vəfat edib. Üzeyirin 1 bacısı var.Evlidir.

2023-cü ildə Azərbaycan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin hazırladığı "Mahnılarımız monitorinq aynasında" adlı kitabda zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların olduğunu iddia etdiyi siyahı tərtib edilib. Nöqsanlar aşkarlanan mahnılar müəllif və ifaçılarının adları ilə birlikdə qeyd olunub. Siyahıda Üzeyir Mehdizadənin "Dəli balam" (& Rəqsanə), "Rǝdd elǝ!" və "Kəsəcəm damarları" mahnıları da yer alıb.[4][5]

  1. "Üzeyir Mehdizadə "O mənim olmalıdır" (Spotify)".
  2. "Uzeyir Mehdizade - Yaxsi Olar ( Official Video Clip )". 2023-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-30.
  3. Üzeyir Mehdizadə evləndi - FOTO, VİDEO Arxivləşdirilib 2018-07-05 at the Wayback Machine. az.baku.ws, 02.07.2018  (az.)
  4. ""Sevənə söyüş qoymuşam", "Zor eləmişəm", "Nağaracuğa" – Zərərli mahnıların siyahısı". 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.
  5. "Zorakılığı təbliğ edən mahnılar qadağan olunmalıdır". 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]