Čuvaj me (Nina Kralyiç albomu)

"Čuvaj me" (azərb. Məni qoru‎) — Porin mükafatı laureatlı Xorvatiyalı ifaçı-bəstəkar Nina Kralyiçin, sayca ikinci studiya albomu. Onun yaradıcılığında, "Samo" adlı debüt musiqi albomu isə 2016-cı ildə yayımlanmışdır.

Čuvaj me
Yayımlanma tarixi 2020
Yazılma tarixi 2018-2020
Janr Pop
Müddət 38:40
Dil Xorvat
Nina Kralyiç albomlarının xronologiyası
"Samo"
(2016)
"Čuvaj me"
(2020)

Musiqi albomu[redaktə | mənbəni redaktə et]

Nina Kralyiçin musiqi sahəsindəki debüt "Samo" albomunun uğurlarını, 2020-ci ilin son günündə yayımlanan xorvat dilli "Čuvaj me" davam etdirmişdir.[1] Alboma daxil olan ilk sinql "Najljepši dan" 2018-ci ildə təqdim edildi. Nina Kralyiç 2020-ci il yayımlı "Zima" mahnısını Marin Yuric Çivro ilə birlikdə ifa etmişdir. İkinci studiya albomuna adını verən "Čuvaj me" mahnısı da ifaçıya böyük uğurlar gətirmişdir. 8 sentyabr 2020-ci il tarixində yayımlanan mahnının sözləri və bəstəsi, Boris Kolariç və Maya Kolariçə məxsusdur.

Buraxılış tarixi[redaktə | mənbəni redaktə et]

Ərazi Tarix Format Nəşr Etiket
Dünya üzrə 31 dekabr 2020 Rəqəmsal yükləmə və Kompakt disk(CD) Standart Dallas Records


Mahnı siyahısı[redaktə | mənbəni redaktə et]

"Čuvaj me" musiqi albomuna daxil olan mahnıların siyahısı, aşağıda təqdim olunmuşdur:

Başlıq Müddət
1. Najljepši dan 4:41
2. Čuvaj me 2:53
3. Čista umjetnost 4:00
4. Zima 3:03
5. Snaga 4:32
6. Lava 4:22
7. Mala ljubav 3:57
8. Slijepa ulica 3:28
9. Mi 3:49
10. Se do kad je sveta 3:53

Çartlarda[redaktə | mənbəni redaktə et]

"Cuvaj me" musiqi albomuna daxil olan bəzi mahnıların Xorvatiya çartlarındakı qrafik göstəriciləri aşağıdakı cədvəldə göstərilmişdir:

Mahnı Zirvə nöqtəsi
"Najljepši dan"[2] 34
"Čista umjetnost"[3] 30
"Zima"[4] 10

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2022-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-22.
  2. "HRTop40 Week 44 2018" (xorvat). Hrvatska Diskografska Udruga. 4 November 2018. 29 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 November 2018.
  3. "HRTop40 Week 45 2019" (xorvat). Hrvatska Diskografska Udruga. 10 November 2019. 2 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 November 2019.
  4. "HRTop40 Week 05 2020" (xorvat). Hrvatska Diskografska Udruga. 9 February 2020. 27 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 February 2020.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]