"Čuvaj me" (azərb. Məni qoru) — Porin mükafatı laureatlı Xorvatiyalı ifaçı-bəstəkar Nina Kralyiçin, sayca ikinci studiya albomu. Onun yaradıcılığında, "Samo" adlı debüt musiqi albomu isə 2016-cı ildə yayımlanmışdır.
Čuvaj me | ||||
---|---|---|---|---|
Nina Kralyiç tərəfindən ifa olunmuş studiya albomu | ||||
Yayımlanma tarixi | 2020 | |||
Yazılma tarixi | 2018-2020 | |||
Janr | Pop | |||
Müddət | 38:40 | |||
Dil | Xorvat | |||
Nina Kralyiç albomlarının xronologiyası | ||||
|
Nina Kralyiçin musiqi sahəsindəki debüt "Samo" albomunun uğurlarını, 2020-ci ilin son günündə yayımlanan xorvat dilli "Čuvaj me" davam etdirmişdir.[1] Alboma daxil olan ilk sinql "Najljepši dan" 2018-ci ildə təqdim edildi. Nina Kralyiç 2020-ci il yayımlı "Zima" mahnısını Marin Yuric Çivro ilə birlikdə ifa etmişdir. İkinci studiya albomuna adını verən "Čuvaj me" mahnısı da ifaçıya böyük uğurlar gətirmişdir. 8 sentyabr 2020-ci il tarixində yayımlanan mahnının sözləri və bəstəsi, Boris Kolariç və Maya Kolariçə məxsusdur.
Ərazi | Tarix | Format | Nəşr | Etiket |
---|---|---|---|---|
Dünya üzrə | 31 dekabr 2020 | Rəqəmsal yükləmə və Kompakt disk(CD) | Standart | Dallas Records |
"Čuvaj me" musiqi albomuna daxil olan mahnıların siyahısı, aşağıda təqdim olunmuşdur:
№ | Başlıq | Müddət |
---|---|---|
1. | Najljepši dan | 4:41 |
2. | Čuvaj me | 2:53 |
3. | Čista umjetnost | 4:00 |
4. | Zima | 3:03 |
5. | Snaga | 4:32 |
6. | Lava | 4:22 |
7. | Mala ljubav | 3:57 |
8. | Slijepa ulica | 3:28 |
9. | Mi | 3:49 |
10. | Se do kad je sveta | 3:53 |
"Cuvaj me" musiqi albomuna daxil olan bəzi mahnıların Xorvatiya çartlarındakı qrafik göstəriciləri aşağıdakı cədvəldə göstərilmişdir:
Mahnı | Zirvə nöqtəsi |
---|---|
"Najljepši dan"[2] | 34 |
"Čista umjetnost"[3] | 30 |
"Zima"[4] | 10 |