Ğufeylə namazı

Qüfeylə namazı

Müstəhəb namazlardan biri də qüfeylə namazıdır ki, şam namazı ilə işa namazı arasında qılınır. Onun birinci rəkətində Həmddən sonra surə əvəzinə bu ayə oxunur:

وَذَالنُّونِ اِذ ذَهَبَ مُغَاضِبًا فَظَنَّ اَن لَن نَقدِرَعَلَيهِ فَنَادَى فِى الظُلُمَاتِ اَن لاَ اِلهَ اِلاَّ اَنتَ سُبحَانَكَ اِنّىِ كُنتُ مِنَ الظَّالِمِينَ فَاستَجَبنَا لَهُ وَنَجَينَاهُ مِنَ الغَمِّ وَكَذاَلِكَ نُنجىِ المؤمِنِينَ

Və zənnuni iz zəhəbə muğazibən fəzənnə ən lən nəqdirə ələyhi fənada fizzulumati ənla ilahə illa əntə, subhanəkə inni kuntu minəzzaliminə fəstəcəbna ləhu və nəccəynahu minəl-ğəmmi və kəzalikə nuncil-muminin.

Tərcümə: Ənbiya surəsi 21 : 87. Və Zənnuni (balina sahibi Yunus ibn Mətanı) – onun qəzəbli halda (qövmünün arasından çıxıb) getdiyi zamanı (da yada sal)! O, Bizim onu heç vaxt sıxıntıya salmayacağımızı güman etdi. Amma (iş o yerə çatdı ki, o, üç zülmət – gecənin, dənizin dibinin və balığın qarınının) qaranlıqlar(ı) içində səsləndi: «(Ey Allah!) Səndən başqa bir məbud yoxdur, Sən (hər bir eyb və nöqsandan) uzaq və paksan! Mən doğrudan da (diqqətsizlik üzündən axirət payımın azalmasına səbəb olan iş gördüyüm üçün) zalımlardan olmuşam».

İkinci rəkətdə də Həmddən sonra surə əvəzinə bu ayə oxunur:

وَعِندَهُ مَفَاتحُ الغَيبِ لاَيَعلَمُهَا اِلاَّ هُوَ وَيَعلَمُ مَا فِى البر و البَحرِ وَمَا تَسقُطُ مِن وَرَقَةٍ اِلاَّ يَعلَمُهَا وَلاَحَبَّةٍ فِى ظُلُمَاتِ الاَرضِ وَلاَ رَطبٍ وَلاَ يَابِسٍ اِلاَّ فِى كِتابٍ مُبِينٍ

Və indəhu məfatihul-ğəybi la yə`ləmuha illa huvə yələmu ma fil-bərri vəl-bəhr, və ma təsqutu min vərəqətin illa yələmuha. Və la həbbətin fi zulumatil-ərzi və la rətbin və la yabisin illa fi kitabin mubin.

Tərcümə: Ənam surəsi 6: 59. Qeyb xəzinələrinin («ol!» kəlməsinin altında olan) açarı (və onların həqiqətləri) Onun yanındadır. Onları Ondan başqa heç kəs bilmir. (Varlıq aləminə qədəm qoyanlardan) quruda və dəryada olanı bilir. Yerə elə bir yarpaq düşmür ki, O, onu bilməsin. Həmçinin (Onun əzəli elmində və) aydın olan kitabda mövcud olmadan yerin qaranlıqlarında (altında) bir toxum və (meyvə və dənli bitkilərdən) heç bir quru və yaş yerə düşmür.

Qunutda bu dua oxunmalıdır:

اَللَّهُمَّ اِنَّى اَسأَلُكَ بِمَفَاتِحِ الغَيبِ الَّتِى لاَيَعلَمُهَا اِلاَّ اَنتَ اَن تُصَلِّىَ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَاَن تَفعَلَ بِى كَذا وَ كَذا

Əllahummə inni əsəlukə bi məfatihil-ğəybil-ləti la yələmuha illa əntə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd və ən təfələ bi kəza və kəza.

«Kəza və kəza» kəlmələrinin əvəzində öz hacətlərini söylər və sonra bu duanı oxuyar:

اَللَّهُمَّ اَنتَ وَلِىُّ نِعمَتِى وَالقَادِرُ عَلَى طَلِبَتىِ تَعلَمُ حَاجَتِى فَاسأَلُكَ بِحَقِّ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ عَلَيهِ وَعَلَيهِمُ السَلاَمُ لَمَّا قَضَيتَهَالِى

Əllahummə əntə vəliyyu niməti vəl-qadiru əla təlibəti tələmu hacəti fə əsəlukə bihəqqi Muhəmmədin və ali Muhəmməd ələyhi və ələyhimus-səlam ləmma qazəytəha li.