Şam namazı

Şam və ya axşam namazı 3 rəkətdir. Əvvəl vaxtı Günəş qürub edərkən günçıxan tərəfdən gələn işartının başımızın üstündən günbatan tərəfə keçdiyi vaxtdır. Axır vaxtı isə gecəyarısına 4 rəkətlik namaz qılmaq üçün vaxt qalana qədərdir

Şam namazının qılınma qaydası[redaktə | mənbəni redaktə et]

  1. Niyyət
  2. Qiyam;
  3. Təkbirətul-ehram;
  4. Həmd və surə oxumaq;
  5. Ruku;
  6. Rukudan qalxmaq;
  7. Bir cüt səcdə;
  8. Ayağa qalxma;
  9. Həmd və surə oxumaq;
  10. Ruku;
  11. Rukudan qalxmaq;
  12. Bir cüt səcdə;
  13. Təşəhhüd;
  14. Ayağa qalxmaq
  15. Həmd surəsi, yaxud 3 dəfə təsbihati-ərbəə oxumaq;
  16. Ruku;
  17. Rukudan qalxmaq;
  18. Bir cüt səcdə;
  19. Təşəhhüd;
  20. Salam

Qeyd: Müstəhəbdir ki, 2-ci rəkətdə həmd-surə oxuduqdan sonra rukudan qabaq qunut tutulsun.

Niyyət[redaktə | mənbəni redaktə et]

Şam namazı qılıram vacib qürbətən iləllah.

Qiyam[redaktə | mənbəni redaktə et]

Ayaq üstə üzü qibləyə dayanmaq.

Təkbirətul-ehram[redaktə | mənbəni redaktə et]

Əllər qulaq bərabərinə qaldırılır və "Əllahu Əkbər" deyilir.

Həmd və surə oxumaq[redaktə | mənbəni redaktə et]

Həmd surəsi ilə ondan başqa bir surə (vacibi səcdə ayəsi olmayan) oxunmalı.

Ruku[redaktə | mənbəni redaktə et]

Rukuda, yəni normal adamın əlləri dizlərə çatacağı həddə qədər əyilmiş vəziyyətdə 3 dəfə "Sübhənəllah" demək kifayətdir.

Bir cüt səcdə[redaktə | mənbəni redaktə et]

Səcdədə bədənin 7 üzvü yerə toxunmalıdır: alın, iki əlin ovucu, dizlər və ayağın baş barmaqları. Alının qoyulduğu əşya torpaqdan alınan, yeməli, içməli olmayan əşya olmalıdır. Məsələn, daş parçası, taxta parçası, qum, çınqıl, torpaq, gil və s. Hər səcdədə 3 dəfə "Sübhənəllah" demək kifayətdir.

Təşəhhüd[redaktə | mənbəni redaktə et]

Təşəhhüd deyən zaman oturaq vəziyyəti alırsan (müstəhəbdir ki sol budun üstə oturasan və sağ ayağı sol ayağının üstə qoyasan). Təşəhhüdün vacibi miqdarı: "Əşhədu ən la ilahə illəllah, vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və rasuluh. Allahummə salli əla Muhəmmədin və ali Muhəmməd".

Müstəhəbdir ki, təşəhhüddən əvvəl "Əlhəmdulillah", yaxud "Bismillahi və billah. Və xayrul əsmayu lillah" deyəsən.

Salam[redaktə | mənbəni redaktə et]

Vacibi miqdarı - "Əssəlamu əleykum və rahmətullahi və bərakətuh".

Müstəhəbdir ki, bundan əvvəl "Əssəlamu əleykə eyyuhən-nəbiyyu və rahmətullahi və bərakətuh. Əssəlamu əleyna və əla ibadillahis-salihin" deyəsən.