İçimizdəki Uşaq — Doğan Cüceloğlunun[1] 1992-ci ildə nəşr olunan kitabı. Kitabda ailə münasibətlərinin uşaq tərbiyəsinə necə təsir etdiyi ilə bağlı psixologiya sahəsində işlənmiş anlayışlar vasitəsilə və gündəlik nümunələrdən istifadə etməklə sadə şəkildə izahatlar verilir.[2] Kitabdakı anlayışların əksəriyyəti müəllif tərəfindən “Cumhuriyet Bilim Teknik” jurnalında silsilə məqalələrdə araşdırılmış, böyük marağa səbəb olduğu üçün kitab halına gətirilmişdir. İçimizdəki uşaq kitabı altı hissədən ibarətdir. Müəllifin böyük bacısı Lütfiyə Mətinə həsr edilmişdir. Onun 62-ci nəşri 2021-ci ilin yanvarında nəşr edilmişdir.
İçimizdəki uşaq | |
---|---|
Müəllif | Doğan Cüceloğlu |
Orijinalın dili | türk dili |
Orijinalın nəşr ili | 1992 |