İçiyo Hiquçi (yap. 樋口 奈津; 2 may 1872[1][2], Tokio[d], Yaponiya imperiyası – 23 noyabr 1896[1][2][…]) – Yaponiya yazıçısı və şairəsi. Natsuko Hiquçi əsl adıdır. Tokioda doğulmuş və həyatının böyük qismini orada keçirmişdir.
İçiyo Hiquçi | |
---|---|
yap. 樋口一葉 | |
Doğum adı | 樋口奈津 |
Doğum tarixi | 2 may 1872[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 23 noyabr 1896[1][2][…] (24 yaşında) |
Vəfat səbəbi | vərəm |
Dəfn yeri |
|
Fəaliyyəti | roman yazıçısı, yazıçı, waka poet |
Fəaliyyət illəri | 1891–1896 |
Əsərlərinin dili | yapon dili |
İçiyo Hiquçi Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
2 may 1872-ci ildə şəhər bələdiyyəsinin məmurunun ikinci qızı kimi Tokio şəhərində anadan olmuşdur. İçiyo öz "samuray nəsli" ilə fəxr etsə də, atası Noriyoşi əslində Kay əyalətindən olan təhsilli bir kəndlinin oğlu idi. Noriyoşi 1857-ci ildə Ayame Furuya ilə evlənmiş və samuray rütbəsinə çatmaq üçün Tokioya köçmüşdür. Cütlük 10 il boyunca işləyərək hədəflərinə çatmaq üçün gərgin əmək sərf etmiş, hətta Ayame İnaba Dayzenin xidmətçilərindən biri olmuşdur. Noriyoşi 1867-ci ildə samuray olsa da, 1868-ci ildə klan sistemi ləğv olunmuş və Noriyoşi ailəsini dolandırmaq üçün başqa iş axtarmağa məcbur olmuşdur. Dördüncü övladı Natsuko 1872-ci ildə doğulanda 42 yaşı var idi.
Noriyoşi Natsukonu çox sevmiş və həyat yoldaşının narazıçılığına baxmayaraq onu oxumağa cəsarətləndirmişdir. Natsukonu bir buddist rahibi tərəfindən idarə olunan özəl məktəbə göndərmiş, daha sonra isə 1881-ci ildə Honqodan Şitayaya köçdükdən sonra Seikay məktəbinə qoymuşdur. Natsuko oxumağı çox sevsə də, 3 il sonra anası Taki uğurlu evliliyinin olmayacağından narahat olaraq onu məktəbdən çıxarmışdır. Lakin sonda qızının Tokioda ən prestijli poeziya məktəbi olan Haqinoyaya daxil olmasına icazə vermişdir. Burada şairə Utako Nakacimanın başçılığı altında dərslər alan Hiquçi daxil olduğu il şairlik müsabiqəsinin qalibi olmuşdur.
1887-ci ildə atası işini itimiş və elə həmin il böyük qardaşı Sentaro ölmüşdür. Ailə Şibaya köçmüş və Noriyoşi qalan kapitalını da itirmişdir. 1889-cu ildə isə xəstələnərək ölmüşdür. Ailəsinə kömək etmək üçün Natsuko Haqinoyada köməkçi olmuşdur.