İçoğlanı

Ralamb Kostyum Kitabından içoğlanı, XVII əsr

İçoğlanı termini Osmanlı imperiyasındakı devşirmə sisteminə görə Balkan yarımadasında yaşayan xristian ailələrindən alınaraq İslam dini qəbul etdirilən və sonradan Topqapı sarayının üç bölməsindən biri olan əndərunda, yəni daxili sarayda işləyən kişi qulluqçuların adıdır. Başqa bir ifadə ilə deyilərsə, onlar daxili xidmətlər (məişət işləri) ilə məşğul olan, sarayın sultan və ailəsinə məxsus olan xüsusi hissələrində xidmət edən saray məmurları idilər.[1]

  1. Skendi, Stavro. The Albanian national awakening. Princeton: Princeton University Press. 1967. səh. 21. ISBN 9781400847761. 8 aprel 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 aprel 2024.