Devşirmə

Osmanlı məmuru və köməkçisinin xristian oğlanları devşirmə üçün qeydiyyatdan keçirməsinin təsviri. Məmur oğlanların yeni qırmızı paltarlarının qiymətini və evdən gediş-gəliş xərclərini ödəmək üçün vergi alır, köməkçi isə onların kəndini, mahalını və vilayətini, valideynlərini, doğum tarixini və xarici görünüşünü qeyd edir. Osmanlı miniatür rəssamlığı. 1558-ci il.[1][2]

Devşirmə və ya dəvşirmə (osman. دوشیرمه, hərf. toplamaq;[3] digər dillərdə adətən "uşaq vergisi"[a] və ya "qan vergisi"[b] kimi tərcümə olunur)[4]Osmanlı dövlətinin Balkanlarda yaşayan xristian təbəələrinin uşaqları arasından əsgər və bürokratları məcburi formada hərbi xidmətə cəlb etmək və onları islam dinində böyütmək təcrübəsi.[5][6][7] Balkanlardan gələnlər, ilk növbədə, zadəgan Balkan ailələrindən və rəayət (kasıb) təbəqələrdən idi.[8][9] Bu, ilk dəfə 1438-ci ildə yazılı hesablarda qeyd olunmuşdur,[10] lakin yəqin ki, daha əvvəldən başlamışdır. Bu sistem sultana sadiq əsgər və məmurlardan ibarət bir dəstə yaratmışdır.[11] Devşirmə sistemi bəzən sultana qarşı çıxan türk zadəganlarına qarşı tarazlıq yaradırdı.[12][13] Sistem 1400-cü illərdən 1600-cü ilə qədər xeyli sayda sədrəzəmlər yetişdirmişdir. Bu, Osmanlı imperiyasında sultandan sonra ikinci ən güclü mövqe idi. Başlanğıcda sədrəzəmlər sırf türkəsilli idilər, lakin sultan II Mehmed ilə edam edilən ilk sədrəzəm olan türkəsilli Kiçik Çandarlı Xəlil Paşa arasında problemlər yarandıqdan sonra mənşəyi kölə olan idarəedicilərin yüksəliş dövrü başlamışdır. Türk aristokratiyasının azad idarəçilərinə nisbətən sultanlar üçün onları idarə etmək daha asan idi.[14] Devşirmə 1400–1600-cü illərdə Osmanlı imperiyasının bir çox vilayət valilərini, hərbi komandirlərini və divanlarını da yetişdirmişdir.[15] Bəzən devşirmə şəxslər kastrasiya edilir və xədim olurlar.[16] Çox vaxt hərəm üçün təyin olunsa da, devşirməmənşəli bir çox xədimlər sədrəzəmlər Xədim Əli Paşa, Sənan BoroviniçXədim Həsən Paşa kimi orduda və hökumətdə mühüm vəzifələr tutmuşdular.

Osmanlı məmurları Şərqi, CənubiCənub-Şərqi Avropadan 7 ilə 20 yaş arasında olan kişi xristian uşaqları götürüb İstanbula köçürür,[17] burada dinləri dəyişdirilir, sünnət olunur, assimilyasiya edilir və yeniçəri piyadaları korpusunda və ya saray vəzifələrində xidmət etmək üçün tərbiyə edilirdi.[18] Devşirməmənşəli şəxslər nadir hallarda satılırdı, baxmayaraq ki, bəziləri şəxsi evlərdə kölə kimi qala bilərdilər.[18] Onların valideynlərindən zorla alınması devşirmə sistemini yerli əhalinin narazılığına səbəb olmuşdur,[19] lakin 1565-ci ildə Albaniyada devşirmə sisteminə qarşı üsyan istisna olmaqla, bu sistemə zorakı etirazlar nadir hal almışdı.[20][21] Onlara ailələri ilə bütün əlaqələri kəsmək əmri verilmişdir, lakin bəziləri vəzifələrindən istifadə edərək ailələrinə kömək edə bilmişdilər.[22] Şəhərli xristian və müsəlman valideynlərin devşirmə sisteminin bir hissəsi olmağın verəcəyi potensial üstünlüklər səbəbilə rüşvətxorluğa və ya övladlarını ölkəyə göndərməyə əl atdıqlarına dair bəzi sübutlar var.[23] Oğlanları islamı qəbul etməyə məcbur edilirdilər.[24] Bəzi istisnalar olsa da, müsəlmanların sistemə daxil olmasına icazə verilməmişdir, lakin bəzi müsəlman ailələr hər halda oğullarını qaçaq yollarla ilə sistemə keçirmişdilər.[25]

Speros Vironisin sözlərinə görə, "Osmanlılar övladlarını itirmək kimi xristianlar arasında ümumi yayılmış qorxudan istifadə edərək xristian torpaqlarının təslim edilməsi üçün danışıqlarda devşirmə azadlığı təkliflərindən istifadə etmişdilər. Bu cür istisnalar Yanina, Qalata, Moreya, Xios və s. yerlərə verilən təslim şərtlərinə daxil edilmişdir. Osmanlı dövləti üçün əhəmiyyətə malik xüsusi fəaliyyətlə məşğul olan xristianlar, onların əməyinin imperiya üçün önəmini dərk edərək övladlarının boyununa düşən qan vergisindən azad edilirdilər".[26]

Bir çox alimlər devşirmə əməlini islam qanunlarına zidd hesab edirlər.[10][27][28] Devid Nikol yazmışdır ki, xristian oğlanların əsarət altına alınması islamda təmin edilən zimmi qorumalarını pozur,[29] lakin Xəlil İnalcık devşirmələrin bir vaxtlar islamı qəbul edən kölə olmadığını iddia edir.[30][c]

Oğlanlar formal təhsil almış, elm, hərb və bürokratik idarəçilik üzrə təlim görmüş, Osmanlı imperiyasında sultanın müşaviri, elit piyada, orduda sərkərdə, donanmada admiral və maliyyə sahəsində çalışan bürokrat olmuşdular.[2] Onlar qabiliyyətlərinə görə ayrılırdılar və ləyaqətlərinə görə dərəcələrini yüksəldə bilirdilər. İmperiyanın ən yüksək vəzifələrinə ən istedadlı olan "iç oğlanları" yetişdirilirdi.[22] Digərləri ordu, o cümlədən məşhur yeniçərilər sıralarına qoşulmuşdular.[31]

Osmanlı əsgərləri xristian ailələrindən olan oğulları yox, öz oğullarını orduya cəlb etməyə üstünlük verdikləri üçün bu təcrübə aradan qalxmağa başlamışdır. 1594-cü ildə müsəlmanlara rəsmi olaraq devşirməmənşəli şəxslərin tutduğu vəzifələrə icazə verilmiş və xristianları cəlb etmək sistemi 1648-ci ildə faktiki olaraq dayandırılmışdır.[10][32] 1703-cü ildə onu yenidən təsis etmək cəhdi hərbi və mülki vəzifələrə can atan Osmanlı xanədanı üzvləri tərəfindən müqavimət göstərilmişdir. Nəhayət, III Əhmədin hakimiyyətinin ilk günlərində devşirmə adəti rəsmi olaraq ləğv edilmişdir.

Devşirmə Osmanlı imperiyasının ilk əsrlərində inkişaf etmiş və sultan I Bəyazid dövründə bu son inkişafa çatan "qul" əsarət sistemindən çıxmışdır.[33] "Qul"lar əsasən müharibə əsirləri, girovlar və ya dövlət tərəfindən satın alınan kölələr idi. I Muraddan başlayaraq Osmanlı imperiyası "xristian vassal əsgərlərini inkişaf etdirməklə (türk) zadəganların gücünə qarşı durmaq və nizami ordudan asılı olmayaraq, öz şəxsi qoşunları kimi qapıquluna çevirmək" ehtiyacı hiss etmişdir.[23] Osmanlı sultanına birbaşa xidmət edən bu elit qüvvəyə qapıqulu ocağı deyilirdi.[d] Onlar iki əsas qrupa bölünürdülər: süvari və piyada.[e] Süvarilər ümumiyyətlə qapıqulu sipahi ( Babılı qulluqçularının süvariləri) və piyadalar isə "Yeni korpus" mənasını verən yeniçəri kimi tanınırdılar. Devşirmələr yeniçərilərdən ona görə fərqlənirdilər ki, onlar süvari dəstəsi deyil, yalnız piyadalardan ibarət idi.

İlkin mərhələlərdə bu korpusda xidmət edən əsgərlər müharibə zamanı əsir düşən kölələrdən seçilirdi. Bununla belə, tez bir zamanda devşirmə kimi tanınan yeni bir sistem qəbul edilmişdir. Bu sistemdə Balkan yarımadasının kənd yerlərində yaşayan xristian əhalisinin uşaqları yeniyetməlikdən əvvəl hərbi xidmətə çağırılır və müsəlman olaraq tərbiyə edilirdilər. Yeniyetməlik yaşına çatdıqdan sonra bu uşaqlar dörd imperiya müəssisəsindən birinə yazılırdılar: saray, katiblər, müsəlman ruhaniləri və hərbçilər. Hərbi sahəyə yazılanlar ya yeniçəri korpusunun (1363), ya da başqa bir korpusun bir hissəsi olurdular.[34] Ən perspektivli olanlar saray məktəbinə göndərildilər. Onlar burada saray daxilində karyera qurmaq üçün təyin olunmuşdular və ən yüksək dövlət vəzifəsi olan sədrəzəm vəzifəsinə çata bilərdilər. Osmanlı imperiyasının tarixinin əvvəllərində bu vəzifəni ancaq türklər tuturdu, lakin sultan II Mehmed ilə edam edilən ilk sədrəzəm olan türkəsilli Kiçik Çandarlı Xəlil Paşa arasında problemlər yarandıqdan sonra devşirmə kölə idarəedicilərinin yüksəlişi baş tutmuşdur. Türkəsilli azad idarəçilərlə müqayisədə sultanlar üçün onları idarə etmək daha asan idi.[14] Onlar həmçinin, məhkəmə qruplarının təsirinə daha az məruz qalırdılar. Türkmanlar əvvəldən sultanın güclü dövlət yaratmasına xələl gətirən bir təhlükə idi. Beləliklə, bu təbəqənin yaranması bəzən sultana qarşı çıxan türk zadəganlarını tarazlaşdırmışdır.[12][13][14]

Uşaqların bu sistemə cəlb edilməsi sultanın ehtiyaclarına uyğun olaraq üç-dörd ildən bir və bəzən hətta ildə bir dəfə həyata keçirilirdi. Ən böyük uşaq itkisi I SəlimSüleyman Qanuninin hakimiyyəti altında XV–XVI əsrlərdə Osmanlının genişlənməsinin zirvəsinə təsadüf etmişdir.[35]

Devşirmələr dörd-beş ildə bir dəfə Şərqi Avropa, Cənub-Şərqi AvropaAnadoludakı şəhərətrafı ərazilərdə toplanırdı. Onlar əsasən xristian subyektlərindən toplanmışdır. Bununla belə, bəzi müsəlman ailələri hər halda oğullarını qaçaq yollarla ilə gətirə bilmişdilər.[26] Devşirmə vergisi imperiyanın iri şəhərlərinə şamil edilmirdi, kənd yerlərində yaşayan lokal sənətkarların uşaqları da onların hərbi xidmətə götürülməsinin iqtisadiyyata ziyan vuracağı hesab olunduğundan azad edilirdilər.[36]

Bernard Luisin sözlərinə görə, yeniçərilər əsasən Balkanların slavyanalban əhalisindən toplanırdı.[37] "Britannika Ensiklopediyası"na və "İslam Ensiklopediyası"na görə, imperiyanın ilk dövrlərində bütün xristianlar ayrı-seçkilik olmadan qeydiyyata alınırdı. Daha sonra Albaniya, BosniyaBolqarıstandan olanlara üstünlük verilmişdir.[38][39] Dəqiq olan odur ki, devşirmələr ilk növbədə Balkanlarda yaşayan xristianlardan, xüsusən serblərbosniyalılardan,[40][41][42][43] eləcə də albanlaryunanlar kimi Balkan regionundan olan başqa xalqlar arasından toplanmışdır. Müsəlman bosniyalılar sistemə cəlb olunan yeganə müsəlman etnik qrup olduğuna görə türk oğlanları onların sıralarına qaçaq yollarla gətirilməsin deyə bosniyalılara İstanbula gedərkən onlara rəhbərlik etmək üçün silahlı mühafizəçi tələb olunurdu.[44] Osmanlının erkən dövrlərdə xüsusilə yunanları, albanlarıcənubi slavyanları bu sistemə cəlb etməsi dövlətin bu etnik qrupların üstünlük təşkil etdiyi şimal-qərb Anadolu və cənub Balkanlardakı ərazilərdə mərkəzləşmənin birbaşa nəticəsi idi.[45]

Yəhudilər bu xidmətdən azad idilər. Bir çox alimlər,[f][g] ermənilərin bu vergidən azad olduqlarına inanırlar. Buna baxmayaraq, 1997-ci ildə dərc olunan və XV–XVII əsrlərdə ermənicə kolofonları və o dövrün xarici səyyahlarını araşdıran bir publikasiyada ermənilərin bu vergidən azad olmadığı qənaətinə gəlinmişdir.[47][48] Yetim qalan və ya ailənin yeganə oğlu olan oğlanlar istisna edilmişdir.[49]

Devşirmə sisteminin etnik müxtəlifliyi həm də Osmanlı imperiyası üçün birləşdirici amil rolunu oynayırdı. Yunanlar, ermənilər, albanlar və digər etnoslar sultanın türk olduğunu, lakin vəzirlərinin alban, bolqar, yunan və başqa etnik mənsubiyyətlərdən olduğunu görürdülər. Osmanlı imperiyasının yüksək səviyyəli və güclü mövqelərindəki etnik müxtəliflik onun yurisdiksiyası altında müxtəlif qrupların birləşməsinə kömək etmişdir. Onlar həmçinin, irsi aristokratiyanın formalaşmasına mane olmuşdular, hətta sultanın özləri üzərində hökmranlıq etmiş və praktiki olaraq öz aristokratiyalarını formalaşdırmışdılar.[50]

Ağdərili xədimlər bəzən devşirmələr arasından cəlb olunurdular. Adətən öz ailəsində kastrasiya olunan qaradərili xədimlərdən fərqli olaraq, devşirmələr sarayda kastrasiya edilirdilə. Onlara nəzarət edən saray xədimləri çox vaxt devşirme (Balkanlar) ilə eyni mənşədən gəlirdilər.[16] Devşirməmənşəli xeyli sayda xədim daha sonra hökumətdə və orduda mühüm vəzifələr tutmuşdur. Onların bir çoxu Xədim Əli Paşa, Sənan Boroviniç, Xədim Həsən Paşa, Xədim Məsih PaşaXədim Mehmed Paşa kimi sədrəzəm olmuşdular. Sofu Xədim Əli Paşa, Xədim Şəhabəddin, Bosniyalı Xədim Yaqub Paşa, Budalı Xədim Əli Paşa, Xədim Süleyman Paşa və onun adaşı Xədim Süleyman Paşa kimi digərləri görkəmli admiral və sərkərdə olmuşdular.[51][52]

  1. "Uşaqların yığılması" və ya "uşaqların toplanması" kimi tanınır: yun. παιδομάζωμα, Paedomazoma; erm. Մանկահավաք, Mankahavak.
  2. "Qan vergisi" kimi tanınır: rum. tribut de sânge; serb-xorv. Данак у крви, Danak u krvi; mak. Данок во крв, Danok vo krv; bolq. Кръвен данък, Kraven danak.
  3. Erkən Osmanlı hökumətlərinin Balkan xristianlarından tələb etdiyi bu vergi Balkan tarixşünaslığında ağrılı bir nöqtə olaraq xatırlanır: Bir çox müasir türklər cəlb olunma prosesinə sırf könüllü olaraq baxmağa üstünlük verirlər.[6]
  4. "Kapıkulu" sözün mənası illər keçdikcə dəyişdiyi üçün kölədən daha çox "ödənişli qulluqçu" mənasını daşıyır. "Kul" sözünün türkcə bir çox mənaları var: "kölə", "nökər" və "erkək [bioloji] oğul". Belə ki, bu kontekstdə onlara “kul” sözü vasitəsilə "nökər" kimi yanaşılmışdır. Həmçinin, "kole" hərfi mənada kölələri (əsasən ev kölələri) təsvir etmək üçün istifadə edilən faktiki termin idi.
  5. Daha sonra artilleriya və top korpusu, mədənçilər və xəndək qazanlar, hətta ayrıca top-vaqon korpusu kimi daha çox təsnifat təqdim edilmişdir, lakin bu qruplardakı insanların sayı nisbətən az idi və xristian elementlərini özündə birləşdirmişdir.
  6. Şou bildirir ki, bu istisnaya səbəb hər iki xalqın ayrı bir millət kimi tanınması (Balkan etnik qruplarından heç biri belə tanınmamışdır) və ya onsuz da həm yəhudilərin, həm də ermənilərin daha çox böyük şəhərlərdə yaşaması ola bilər.[46]
  7. XVII əsrdə Krım tatarları tərəfindən əsarətə salınaraq saraya satılan Albert Bobovi həm ermənilərin, həm də yəhudilərin devşirmə vergisindən azad olduqlarını bildirmişdir. O yazmışdır ki, ermənilərin bu vergidən azad edilməsinin səbəbi dindarlıqla əlaqədardır. Odur ki, Erməni Həvari kilsəsi Məsihin (və nəticədə Məhəmmədin) təlimlərinə ən yaxın olan kilsə hesab edilirdi.
  1. Nasuh, Matrakci. "Janissary Recruitment in the Balkans". Süleymanname, Topkapi Sarai Museum, Ms Hazine 1517. 1588. 3 December 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 November 2016.
  2. 1 2 Finkel, Caroline. Osman's dream : the story of the Ottoman Empire, 1300–1923. Basic Books. 2007. səh. 325. ISBN 978-0-465-02396-7.
  3. Itzkowitz, N. Ottoman Empire and Islamic Tradition. A Phoenix book. University of Chicago Press. 2008. ISBN 978-0-226-09801-2. 2023-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-01.
  4. Ingvar Svanberg and David Westerlund, Islam Outside the Arab World, Routledge, 1999, p. 140
  5. Hain, Kathryn. "Devshirme is a Contested Practice". utah.edu. University of Utah. 13 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 June 2020.
  6. 1 2 James L. Gelvin. The Modern Middle East: A History. Oxford University Press. 2016. səh. 80. ISBN 978-0-19-021886-7.
  7. Hanson, Victor Davis. Carnage and Culture: Landmark Battles in the Rise to Western Power (ingilis). Knopf Doubleday Publishing Group. 2007-12-18. ISBN 978-0-307-42518-8. 2023-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-01.
  8. Charles Jelavich; Barbara Jelavich, redaktorlar The Balkans in Transition. University of California Press. 1963. səh. 68. Politically, it meant that the devshirme class, composed primarily of descendants of the Balkan noble and rayah classes
  9. Kumar, Krishan. Visions of Empire How Five Imperial Regimes Shaped the World. Princeton University Press. 2019. səh. 68. ISBN 978-0-691-19280-2. Lowry shows that not only Christian peasants but large numbers of the Byzantine-Balkan aristocracy were recruited into the Ottoman ruling elite
  10. 1 2 3 David Nicolle. Devshirme System // Alexander Mikaberidze (redaktor). Conflict and Conquest in the Islamic World: A Historical Encyclopedia. 1. 2011. 273–4.
  11. William L. Cleveland. A History of the Modern Middle East. Routledge. 4 May 2018. ISBN 978-0-429-97513-4.
  12. 1 2 David Brewer. Greece, the Hidden Centuries: Turkish Rule from the Fall of Constantinople to Greek Independence. səh. 51. The outsides would owe their position, and their continuance on it, solely to the Sultan, and so be more reliably loyal than Turks subject to influence from court factions.
  13. 1 2 Ahmad Feroz. The Making of Modern Turkey. Routledge. səh. 1820. From the very beginning, the relationship between the ruler and his Turcoman allies was fraught with tension which undermined all attempts by the sultan to create a strong state. With the conquest of the Balkans, the sultan found that he could lessen his dependence on his Turcoman notables by creating a counter-force from among the Christians in the newly conquered territories.
  14. 1 2 3 Aksin Somel, Selcuk. The A to Z of the Ottoman Empire. Scarecrow Press. 2010. səh. 67. ISBN 978-0-8108-7579-1. The disappearance of this dynasty [ Çandarlı family ] was symptomatic with the rise of the class of slave administrators, who were much easier for the sultan to control than free administrators of noble origin.
  15. William L Cleveland and Martin Bunt; William L. Cleveland. A History of the Modern Middle East. ReadHowYouWant.com. July 2010. səh. 115. ISBN 978-1-4587-8155-0.
  16. 1 2 Duindam, Jeroen. Dynasties A Global History of Power, 1300–1800. Cambridge University Press. 2016. səh. 196. ISBN 978-1-107-06068-5. 2023-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-01. Dikici, 'Making of Ottoman court eunuchs', makes clear that white eunuchs could be recruited among devshirme boys, with the pages and their eunuch supervisors coming from the same background. They were sometimes castrated in the palace, whereas the harem's black eunuchs were more often castrated in their region of origin.
  17. John K. Cox. The History of Serbia. Greenwood Publishing Group. 2002. səh. 29. ISBN 978-0-313-31290-8.
  18. 1 2 Clarence-Smith, W. Islam and the Abolition of Slavery. Hurst. 2020. səh. 49. ISBN 978-1-78738-415-6.
  19. http://www.bbc.co.uk/religion/religions/islam/history/slavery_1.shtml#section_4 Arxivləşdirilib 2011-06-28 at Wikiwix; "...and point out that many Christian families were hostile and resentful about it—which is perhaps underlined by the use of force to impose the system.".
  20. Malcolm, Noel. Kosovo : a short history. London : Macmillan. 1998. 96. ISBN 978-0-333-66612-8.
  21. Goodwin, Godfrey. The Janissaries. London : Saqi. 1997. 40. ISBN 978-0-86356-049-1.
  22. 1 2 Douglas E Stresusnd. Islamic Gunpowder Empires: Ottomans, Safavids, and Mughals. səh. 83.
  23. 1 2 Shaw, 1976
  24. The New Encyclopedia of Islam, ed. Cyril Glassé, (Rowman & Littlefield, 2008), 129.
  25. R. M. Savory, redaktorIntroduction ṭo Islamic Civilization. Cambridge: Cambridge University Press. 1976.
  26. 1 2 Vryonis, Speros. "Seljuk Gulams and Ottoman Devshirmes". 1965. 2023-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-01.
  27. Gillian Lee Weiss. Back from Barbary : captivity, redemption and French identity in the seventeenth-and eighteenth-century Mediterranean. Stanford University. 2002. səh. 32. Many scholars consider that the "child levy" violated Islamic law.
  28. David Nicolle. Devshirme System // Spencer Tucker (redaktor). Middle East Conflicts from Ancient Egypt to the 21st Century: An Encyclopedia and Document Collection. 2019. 353.
  29. David Nicolle. Devshirme System // Alexander Mikaberidze (redaktor). Conflict and Conquest in the Islamic World: A Historical Encyclopedia [2 volumes]: A Historical Encyclopedia. ABC-CLIO. 22 July 2011. 273–. ISBN 978-1-59884-337-8. This effectively enslaved some of the sultan's own non-Islamic subjects and was therefore illegal under Islamic law, which stipulated that conquered non-Muslims should be demilitarized and protected
  30. Halil Inalcik, "Ottoman Civilisation", p. 138, Ankara 2004.
  31. Basgoz, I. & Wilson, H. E. (1989), The educational tradition of the Ottoman Empire and the development of the Turkish educational system of the republican era. Turkish Review 3(16), 15.
  32. Peter F. Sugar. Southeastern Europe under Ottoman Rule, 1354–1804. University of Washington Press. 1 July 2012. səh. 56. ISBN 978-0-295-80363-0.
  33. Halil Inalcik, "Ottoman Civilisation", p138, Ankara 2004.
  34. Shaw, 1976. səh. 112–129
  35. A. E. Vacalopoulos. The Greek Nation, 1453–1669, New Brunswick, New Jersey, Rutgers University Press, 1976, p. 41; Vasiliki Papoulia, The Impact of Devshirme on Greek Society, in War and Society in East Central Europe, Editor—in—Chief, Bela K. Kiraly, 1982, Vol. II, pp. 561—562.
  36. Shaw, 1976. səh. 114
  37. Lewis, Bernard. Race and Slavery in the Middle East: An Historical Enquiry. Oxford University Press. 1992. səh. 65. ISBN 978-0-19-505326-5.
  38. Wikisource Kisholm, Hyu, redaktorJanissaries // Britannika Ensiklopediyası. 5 (XI). Cambridge University Press. 1911. 151–152.
  39. Encyclopaedia of Islam (Leiden Grill, 1967–97), vol. 4, art. 'Devshirme'. p 151.
  40. John A. Fine – The Late Medieval Balkans: A Critical Survey pdf
  41. Nasuh, Matrakci (1588). "Janissary Recruitment in the Balkans". Süleymanname, Topkapi Sarai Museum, Ms Hazine 1517
  42. Basgoz, I. & Wilson, H. E. (1989), The educational tradition of the Ottoman Empire and the development of the Turkish educational system of the republican era. Turkish Review 3(16), 15
  43. Perry Anderson (1979). Lineages of the Absolutist State. Verso. p. 366
  44. Lewis, Raphaela. Everyday life in Ottoman Turkey (ingilis). New York, NY : Dorset Press. 1988. 25. ISBN 978-0-88029-175-0.
  45. Andrina Stiles, 'The Ottoman Empire: 1450–1700' (Hodder & Stoughton, 1989), pp. 66–73.
  46. Shaw 1976, p. 114
  47. Kouymjian, Dickran (1997). "Armenia from the Fall of the Cilician Kingdom (1375) to the Forced Migration under Shah Abbas (1604)" in The Armenian People From Ancient to Modern Times, Volume II: Foreign Dominion to Statehood: The Fifteenth Century to the Twentieth Century. Richard Hovannisian (ed.) New York: Palgrave Macmillan. pp. 12–14. ISBN 1-4039-6422-X.
  48. Şablon:İn lang Zulalyan, Manvel. [https://web.archive.org/web/20230606001238/http://hpj.asj-oa.am/41/ Arxivləşdirilib 2023-06-06 at the Wayback Machine «Դեվշիրմեն» (մանկահավաքը) օսմանյան կայսրության մեջ ըստ թուրքական և հայկական աղբյուրների [The "Devshirme" (Child-Gathering) in the Ottoman Empire According to Turkish and Armenian Sources] Patma-Banasirakan Handes 5-6/2-3 (1959): pp. 247–256.
  49. Taskin, U. "Klasik donem Osmanli egitim kurumlari – Ottoman educational foundations in classical terms" (PDF). Journal of International Social Research. 1 (3). 2008: 343–366. 2020-04-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-01.
  50. Barkey, Karen. Empire of difference : the Ottomans in comparative perspective. Cambridge University Press. 2008. ISBN 978-0-521-71533-1.
  51. Jefferson, John. The Holy Wars of King Wladislas and Sultan Murad: The Ottoman-Christian Conflict from 1438–1444. BRILL. 17 August 2012. səh. 13. ISBN 978-90-04-21904-5. 16 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 May 2024.
  52. Orientalski otdel. Inventory of Ottoman Turkish documents about Waqf preserved in the Oriental Department at the St. Cyril and Methodius National Library: Registers. Narodna biblioteka "Sv. sv. Kiril i Metodiĭ". 2003. səh. 243. ISBN 9789545230721. Sehabeddin Pasa, devshirme conscript.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]