İştvan Mesaroş (mac. Mészáros István; 19 dekabr 1930[1][2], Budapeşt[4] – 1 oktyabr 2017[3][2], London, İngiltərə, Birləşmiş Krallıq) — macar əsilli filosof və iqtisadçı, Sasseks Universitetinin (Böyük Britaniya) əməkdar professoru. 1956-cı ildə Sovet işğalından sonra Macarıstanı tərk etdi. Onu müasir Qərb marksizminin nümayəndələrinə aid edirlər. Həmçinin özünü post-marksist adlandırırdı[5].
İştvan Mesaroş | |
---|---|
mac. István Mészáros | |
Doğum tarixi | 19 dekabr 1930[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 1 oktyabr 2017[3][2] (86 yaşında) |
Vəfat yeri | |
Əsas maraqları | fəlsəfə |
İştvan Mesaroş fəhlə ailəsindən olub və anası tərəfindən böyüyüb. Müharibə şəraitində o, doğum haqqında şəhadətnaməni saxtalaşdıraraq on iki yaşında fabrikdə işləməyə başladı (işçiliyin minimum yaşı on altı idi). Gənc işçi olaraq, ilk dəfə beynəlxalq əmək istismarı — kişilər və qadınlar arasında əmək haqqı bərabərsizliyi ilə qarşılaşdı — onun xaricə məxsus müəssisədə (Standart radio fabriki) işləyən yetkin fəhlə yoldaşları macar işəgötürənində işləyən anasından daha çox maaş alırdı.
Mesaroş yalnız İkinci Dünya Müharibəsi başa çatdıqdan və pulsuz təhsilin tətbiqindən sonra təhsil ala bildi. O, Budapeşt məktəbinə daxil olub — Budapeşt Universitetinin Estetik İnstitutunda Georg Lukaçın assistenti kimi çalışıb, 1954-cü ildə doktorluq dissertasiyasını müdafiə edib. 1956-cı ildə o, marksist və anti-stalinist yönümlü olan Eszmélet jurnalının icraçı redaktoru vəzifəsində çalışdı.