İştvan Nyerş

İştvan Nyerş (macar. Nyers Istvan; 25 may 1924 və ya 25 mart 1924[1]9 mart 2005[2], Subotiça, Serbiya və Monteneqro) — Macarıstanlı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. Futbolçu eyni zamanda Stefano Niers (it. Stefano Nyers) və Etienne Nyers (fr. Etienne Nyers) adları ilədə tanınır.

İştvan Nyerş
fr. István Nyers
Ümumi məlumatlar
Doğum tarixi 25 may 1924(1924-05-25) və ya 25 mart 1924(1924-03-25)[1]
Vəfat tarixi 9 mart 2005(2005-03-09)[2] (80 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Mövqeyi hücumçu

Bioqrafiya[redaktə | mənbəni redaktə et]

İştvan Nyerş 24 mart 1924-cü ildə Fransanın Lotaringiya bölgəsinin Mozel departamentində olan Fremen-Merlebach şəhərində anadan olub. Macarıstanın Özd şəhərindən olan atası, ixtisasca mədənçi idi və İştvan doğulmazdan əvvəl ailəsi ilə birlikdə Fransaya işləmək üçün köçmuşdu.

İştvan uşaq olan zaman ailəsi Fransadan Macarıstanın Subotiça şəhərinə qayıdır və İştvanın uşaqlığı burada keçir.

Karyera[redaktə | mənbəni redaktə et]

İştvan futbolçu karyerasına "Sabadqai Vashutash" klubunda başlayır. Bu klubun tərkibində II Dünya müharibəsi illərində Macarıstan çempionatında iştirak edir. Daha sonra Budapeşt komandaları olan "Zugloi Hans", "Kispest" və "Uypest" klublarında oynayır.

II Dünya Müharibəsi bitdikdən sonra qonşu Çexoslovakiyada iqtisadi vəziyyət Macarıstandan daha yaxşı olduğu üçun bir çox məşhur macarlar kimi İştvanda ora köçur. Futbolçu 1946-cı ilin yayında Praqa şəhərinin "Viktoriya" komandasına keçir. "Viktoriya"nın heyətində bir neçə yoldaşlıq görüşündə iştirak edir. Ancaq "Viktoriya"nın heyətində rəsmi oyunlarda debüt edə bilmir. Buna səbəb "Uypeşt"dən icazəsiz və qeyri-qanuni ayrılması idi. Çexoslovakiyada futbol oynaya bilmədiyi üçun Fransaya gedir. Futbolçu burada Etienne adı ilə (Fransız qaydasında) çıxış etməyə başlayır. Nyerş sonradan məşhur Elenio Erreranın çalışdırdığı "Paris Stade Franse" klubunda oynayır.

1948-ci ildə Nyerş Milanın "İnter" klubuna keçir. O, İtaliyada Stefano adı altında çıxış edir. Onun İtaliyadakı karyerası çox uğurlu alınır. Nyerş iki dəfə İtaliya çempionu olur və 1949-cu ildə 26 qol ilə İtaliya çempionatının bombardiri olur. Maraqlıdır ki İtaliyada futbolçunun adı qarşısındakı "milliyyət" sütununa, italyanlar daima "apolide" (vətəndaşı olmayan) yazırdılar.

1954-cü ildə, mövsüm bitdikdən sonra futbolçu İsveçrəyə gedir və burada "Servett" klubunun heyətində Macarıstan millisi ilə də daxil olmaqla bir neçə yoldaşlıq görüşündə iştirak edir.

Sonra Nyerş başqa bir İtaliya klubu olan "Roma" klubuna keçir. Ümumilikdə İştvan A Seriyasının 236 oyununda meydana çıxıb və 153 qol vurub.

"Roma"dan ayrıldqıdan sonra İspaniyaya yollanır. Burada digər bir macar futbolçu Kubalanın dəstəyi ilə "Barselona"ya keçməyə cəhd edir. İştvan Kataloniya klubunun heyətində neçə yoldaşlıq görüşündə iştirak edir. Ancaq İştvan ilə "Barselona" rəsmi müqavilə imzalaya bilmir. Buna səbəb isə, o zaman İspaniyada futbol klublarında yalnız bir əcnəbi oynaya bilməsi olur. Daha sonra Kataloniyanın bir neçə zəif klublarında oynayır və İtaliyaya dönur. Appenin yarımadasında İtaliya B Seriyası klublarında oynayır və 1961-ci ildə karyerasını bitirir.

Karyerasından sonra[redaktə | mənbəni redaktə et]

Futbol karyerasını başa çatdıqdan sonra İştvan Nyerş qısa bir müddət Bolonyada yaşayır. Daha sonra arvadının doğulduğu Subotiça şəhərinə köçur. 2004-cü ildə Nyerş beyin insultu keçirdir. Ancaq müalicə olmaq üçün futbolçunun pulu olmur. Bürokratik əngəllər və problemlər səbəbindən Nyerş İtaliyadan təqaüdünü ala bilmir. Futbolçunun arvadı kömək üçun "İnter Milan" sahiblərinə müraciət edir. İtaliya klubu öz köməkliyini göstərir. Ancaq bu yetərli olmur və futbolçu 3 aydan sonra, 9 mart 2005-ci ildə vəfat edir.

Titulları[redaktə | mənbəni redaktə et]

Komanda[redaktə | mənbəni redaktə et]

Şəxsi[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]