İtaliya A Seriyası


İtaliya A Seriyası — İtaliya futbol liqasının ali divizionu, dünyada ən güclü futbol divizionlarından biri sayılır, UEFA ölkə reytinqində IV yerdədi (2014 ilə əsasən)[1] Çempionatın rəsmi sponsoru Telecom Italia sayılır, elə çempionatın adıda bununla bağlıdı it. Lega Nazionale Professionisti Serie A TIM.

Ölkə İtaliya İtaliya
Konfederasiya UEFA
Açılış ili 1898
İlk sezon 1929
Komandaların sayı 20
Liqalar sistemində səviyyə 1
Aşağı liqa İtaliya B Seriyası
Digər kubok(lar) Superkoppa İtaliya
Liqa kubok(lar) İtaliya Kuboku
Beynəlxalq kubok(lar) UEFA Çempionlar Liqası
UEFA Avropa Liqası
Son çempion İnter Milan (20-ci dəfə)
(2023-24)
Ən uğurlu komanda Yuventus (36 dəfə)
Veb səhifəsi www.legaseriea.it
Cari mövsüm
Skudetto

2004–05 sezonundan etibarən italyan çempionatda 20 komanda iştirak edir. Futbol mövsümü ərzində (avqustdan maya qədər) hər bir komanda bir biri ilə 2 dəfə qarşılaşırlar. Beləliklə bir klub mövsüm ərzində 38 oyun keçirdir (andata adlanan 1-ci dövrədə 19, və ritorno adlanan 2-ci dövrədə 19 oyun). Görüşlərin ardıcıllığı hər iki dövrədə eynidir.

Komandalar qələbəyə görə 3, heç-heçəyə görə isə 1 xal qazanırlar. Məğlubiyyətə görə xal verilmir. Klublarin eyni miqdarda xal topladığı halda, vurulmuş və buraxılmış topların fərqi müqayisə olunur. Əgər eyni miqdarda xalı çempionatda birinci yerdə olan komandalar qazanıblarsa, onda bu qayda etibarsız sayılır. Hər mövsümün sonunda hamıdan çox xal toplamış klub qalib elan edilir. Turnir cədvəlinin son üç yerində qərarlaşan komandalar (18,19 və 20 yerlərin sahibləri) Seria B keçirlər.

İlk 3 yerin sahibi olan komandalar Çempionlar Liqasına vəsiqə qazanırlar. İlk 2 yeri tutumuş klublar bir başa qrup mərhələsindən iştirak etməyə başlayırlar. Üçüncü yeri tutmuş klub üçüncü təsnifat mərhələsindən başlayır və qrup mərhələsinə düşmək üçün, ona başqa klubla iki oyunluq qarşıdurmada qələbə qazanmaq lazımdır. Dördüncü və beşinci yerləri tutmuş klublar Avropa Liqasında oynamaq haqqını qazanırlar. İtaliya Kubokunu qazanmış komanda İtalyanı Avropa Liqasında təmsil edən üçüncü komanda kimi iştirak edir. Amma əgər kubokun hər iki finalçıları artıq Avropa Lİqasında və ya Çempionlar Liqasında iştirak edirlərsə, onda vəsiqəni çempionatın 6-cı komandası alır.

Seria A hazırkı formatda öz fəalətini 1929 ildə başlayıb. 1898–1929 illərdə yarış regional prinsip ilə parçalanmış qruplar üzrə keçirilirdir. Torino klubu 1948/1949 illərdə mövsümün sonuna yaxın və klubunun böyük hissəsinin həyatına son qoymuş təyyarə qəzası səbəbi ilə iştirakdan imtina etmişdir.

Bu çempionatı tez-tez skudetto adlandırırlar, çünki qalib olmuş komanda növbəti sezonda öz geyimlərində kiçik nişan formasında İtaliya bayrağını daşıyır. Seria A ən uğurlu komandası 33 dəfə birinci yerə sahib olmuş Yuventus sayılır, onun ardınca Milan (18 dəfə), İnter (17 dəfə) və Cenoa (9 dəfə) gəlirlər. Hər 10 udulan titul saəsində klub emblemi üzərində kiçik qızıl ulduzu daşımaq hüququ qazanır, beləliklə Yuventusun 3 ulduzu, Milan şəhərini təmsil edən 2 klubun bir ulduzu var.

2006 ildə İtaliya çempionatını "alınmış" oyunlar qalmaqalı sarsıtdı. Yuventus, Mİlan, Latsio, FiorentinaRecina hakim qarşısına çıxarıldılmışdı. İlk məhkəmə iclası "Qoca Sinyoranı" son iki çempionluğdan məhrum etməyi qərarı aldı, Milan Avrokuboklardan diskvalifikasiya olunmuşdur, Fiorentina, Latsio və Yuventus Seria B endirilmişdir. Təkrar baxış zamanı "Latsio" və "Fiorentina" qarşı sanksiyalar xeyli yumşaldılmışdır və onlara elit divizionda qalmaq imkan verildi, halbuki Yuventus aşağı liqaya düşməkdən xilas olunmadı. Bundan başqa, Milanın Çempionlar Liqasında iştirak etməyə imkanı verildi, ancaq o, qrup mərhələsi ilə deyil, üçüncü təsnifat mərhələsindən turnirə başlamalıydı. İlk öncə Recinadan Seria A-da 15 ball silinmişdir, amma komandanın cəzası 11 bala qədər yüngülləşdirildi.

2007 ilin fevral ayında İtaliya çempionatını yeni faciə bürüdü. Palermo-Kataniya oynunda Filippo Rakiti öldürülmüşdür. Futbol federasiyasının qərarı ilə çempionat müvəqqəti dayandırılmışdı.

Klub Qaliblər İkinci yer Çempion olduğu sezonlar
Yuventus
36
21
1905, 1925–26, 1930–31,1931–32, 1932–33, 1933–34,1934–35, 1949–50, 1951–52, 1957–58, 1959–60, 1960–61, 1966–67, 1971–72, 1972–73, 1974–75, 1976–77, 1977–78, 1980–81, 1981–82, 1983–84, 1985–86, 1994–95,1996–97, 1997–98, 2001–02, 2002–03, 2011–12, 2012–13, 2013–14, 2014–15, 2015–16, 2016–17, 2017–18, 2018–19, 2019–20
İnter
19
15
1939–40, 1952–53, 1953–54, 1962–63, 1964–65, 1965–66, 1970–71, 1979–80, 1988–89, 2005–06, 2006–07, 2007–08, 2008–09, 2009–10, 2020–21
Milan
18
18
1901, 1906, 1907, 1950–51, 1954–55, 1956–57, 1958–59, 1961–62, 1967–68, 1978–79, 1987–88, 1991–92, 1992–93, 1993–94, 1995–96, 1998–99, 2003–04, 2010–11
Cenoa
9
4
1898, 1899, 1900, 1902, 1903, 1904, 1914–15, 1922–23, 1923–24
Torino
7
6
1927–28, 1942–43, 1945–46, 1946–47, 1947–48, 1948–49, 1975–76
Bolonya
7
4
1924–25, 1928–29, 1935–36, 1936–37, 1938–39, =1940–41, 1963–64
Pro Verçelli
7
1
1908, 1909, 1910–11, 1911–12, 1912–13, 1920–21, 1921–22
Roma
3
13
1941–42, 1982–83, 2000–01
Latsio
2
7
1973–74, 1999–00
Fiorentina
2
5
1955–56, 1968–69
Napoli
2
5
1986–87, 1989–90
Kalyari
1
1
1969–70
Kazale
1
-
1913–14
Noveze
1
-
1921–22
Hellas Verona
1
-
1984–85
Sampdoriya
1
-
1990–91

Qalın hərflərlə yazılan klublar indidə yüksək divizionda iştirak edirlər.

Paolo Maldini Seria A-da ən çox oyun keçirən oyunçudu (647 oyun)
Ən çox oyun keçirdən 10 oyunçu[2]
Oyunçu Oynadığı illər Klub(lar) Oyun sayı
1 İtaliya Paolo Maldini 1985–2009 Milan 647
2 Argentina Xavyer Zanetti 1995–2014 İnter 615
3 İtaliya Canluka Palyuka 1987–2007 Sampdoriya, İnter, Bolonya, Askoli 592
4 İtaliya Françesko Totti 1992– Roma 585
5 İtaliya Dino Zoff 1961–1983 Udineze, Mantova, Napoli, Yuventus 570
6 İtaliya Pietro Verhovod 1980–2000 Komo, Fiorentina, Roma, Sampdoria, Yuventus, Milan, Piaçenza 562
7 İtaliya Roberto Mançini 1981–2001 Bolonya, Sampdoriya, Latsio 541
8 İtaliya Silvio Piola 1929–1954 Pro Verçelli, Latsio FK, Yuventus, Novara 537
9 İtaliya Enriko Albertozi 1958–1980 Fiorentina, Kalyari, Milan 532
10 İtaliya Canni Rivera 1958–1979 Alessandria, Milan 527
Silvio Piola Seria A-nın ən çox qol vuran oyunçusudu (274 qol)
Ən çox qol vurmuş 10 oyunçu[3]
9 may 2015 ilə əsasən
Oyunçu Oynadığı illər Klub(lar) Qol sayısı
1 İtaliya Silvio Piola 1929–1954 Pro Verçelli, Latsio FK, Yuventus, Novara 274
2 İtaliya Françesko Totti 1992– Roma 245
3 İsveç Qunnar Nordal 1948–1958 Milan, Roma 225
4 Braziliya İtaliya Jose Altafini 1958–1976 Milan, Napoli, Yuventus 216
5 İtaliya Cuzeppe Meaze 1929–1947 Inter, Milan, Yuventus 216
6 İtaliya Antonio Di Natale 2002– Empoli, Udineze 206
7 İtaliya Roberto Bacco 1986–2004 Fiorentina, Yuventus, Milan, Bolonya, Internazionale, Breşia 205
8 İsveç Kurt Hamrin 1956–1971 Yuventus, Padova, Fiorentina, Milan, Napoli 190
9 İtaliya Cuzeppe Sinyori 1991–2004 Foggia, Latsio, Sampdoriya, Bolonya 188
10 İtaliya Alessandro Del Pyero 1993–2012 Yuventus 188
  1. "UEFA koffisent reytinqi". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-18.
  2. "Italy - All-Time Most Matches Played in Serie A". RSSSF.com. 24 August 2012. 21 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2013.
  3. "Italy - All-Time Topscorers". RSSSF.com. 24 August 2012. 20 October 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2013.