İştvan Peli

İştvan Peli (ing. Istvan Pely; d. 1974, ABŞ) — ABŞ video oyun rəssamıdizayneri. Onun videooyunlarına olan marağı atası evə bir Apple IIe kompüteri gətirəndə başlamışdır.[1] İştvan kollecdə təhsil aldığı vaxtlarda üçölcülü kompütür qrafikaları ilə maraqlanmağa başlamış və 3D Studio R2 proqramı ilə tanış olmuşdur.[2] İştvan bir neçə dostu ilə "Majectic" (azərb. Əzəmətli‎) adlı bir Mac/PC macəra oyunu hazırlamış və onu məzun olmazdan əvvəl satışa çıxarmışdır. İştvan 1997-ci ildə "Bethesda Softworks"a qoşulmuş və şirkət üçün daha iki videooyunu, yəni "Symbiocom" və "Zero Critical"ı hazırlamışdır.[3]

İştvan Peli
ing. Istvan Pely
Doğum tarixi
Doğum yeri ABŞ
Vətəndaşlığı  ABŞ
Həyat yoldaşı Hyu-Lay Çonq
Milliyyəti Amerikalı
Fəaliyyəti mühəndis

İştvan Peli 2006-cı ildən etibarən "Bethesda Softworks" videooyun şirkətində birbaşa fəaliyyət göstərir. O, ilk olaraq "The Elder Scrolls IV: Oblivion" videooyununda baş mədən rəssamı olaraq fəaliyyət göstərmişdir. İştvan daha sonra "Fallout 3" və "Fallout 4" videooyunlarında baş rəssam, "Fallout Shelter" videooyununda isə art-direktor olaraq fəaliyyət göstərmişdir. O, "Fallout 3"ün personaj dizaynerlərindən biri olan Hyu-Lay Çonq ilə evlənmişdir.[1]

İl Videooyun Rol
1995 Majestic Part I: Alien Encounter Produsser, rejissor, qrafika işçisi, proqramçı
1998 Symbiocom Dizayner, qrafika işçisi, proqramçı
1999 Zero Critical Dizayner, qrafika işçisi, proqramçı
2001–2004 Movkup 3D-CG mexaniki konseptual
2006 The Elder Scrolls IV: Oblivion Baş mədən rəssamı
2008 Fallout 3 Baş rəssam
2011 The Elder Scrolls V: Skyrim Əlavə qrafiki dizayner
2015 Fallout Shelter Art-director
2015 Fallout 4 Baş rəssam
  1. 1 2 Meri Medlend. "Loyola Magazine " Master of the Game" (ingilis). loyola.edu. 31 mart 2010. 2015-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-12.
  2. "3D Artists - Art Gallery - Jury". raph.com. 2009-10-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.
  3. "Home". justadventure.com. 2010-01-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.