İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı — Azərbaycanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərməsi nəzərdə tutulan ali təhsil müəssisəsi.[1] Rektoru Əziz Əliyevdir.
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı | |
---|---|
Əsası qoyulub | 2015 |
Rektor | Əziz Əliyev |
Şəhər | Bakı |
Ölkə | |
Ünvan | Hüseyn Cavid prospekti, 139 |
Metro | Elmlər Akademiyası metrostansiyası |
Sayt | mma.edu.az/index.php?smode=mainpage |
Filial Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti rəhbərliyinin Bakı şəhərində universitetin filialının yaradılması ilə bağlı təklifi nəzərə alınaraq 15 may 2015-ci ildə yaradılmışdır.[1]
Filialda tədris rus dilində nəzərdə tutulmuşdur.[2]
2015–2016-cı tədris ili üçün filiala müalicə işi ixtisası üzrə 100 nəfər tələbənin qəbul olunması nəzərdə tutulur.[2]
Filialın tədris fəaliyyəti İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin tədris plan və proqramları əsasında həmin ali məktəbin professor-müəllim heyəti tərəfindən həyata keçiriləcəkdir.[2] Məzunlara İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin diplomu təqdim ediləcəkdir.[2]
Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2015-ci il tarixli Sərəncamı ilə Əziz Cəmil oğlu Əliyev filialın rektoru vəzifəsinə təyin edilmişdir.[3]
Universitet haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |