İbiş Məmmədov

İbiş Behbud oğlu Məmmədov (13 iyun 1961, Qafan20 yanvar 1990, Bakı) — 20 Yanvar şəhidi[1].

İbiş Məmmədov
İbiş Behbud oğlu Məmmədov
Doğum tarixi 13 iyun 1961(1961-06-13)
Doğum yeri
Vəfat tarixi 20 yanvar 1990(1990-01-20) (28 yaşında)
Vəfat yeri
Dəfn yeri
Milliyyəti azərbaycanlı

Həyatı[redaktə | mənbəni redaktə et]

İbiş Behbud oğlu Məmmədov 13 iyun 1961-ci ildə Ermənistan SSR Qafan rayonunda anadan olub[2].

1988-ci ildə Qafan şəhərində mitinq keçirən erməni ekstremistləri:

" "Mamedov, gəl bizə qoşul, Qarabağı Azərbaycandan qoparaq" "

— deyəndə, İbiş cavab verib ki, mən Azərbaycanın oğluyam, Qarabağ da Azərbaycan torpağıdır. Onu Şəhidlər xiyabanına aparan yol da o cavabdan başlamışdı. İbiş öz dədə-baba yurdundan qovulmuşdu[3].

Doğma Bakıda fəhlə işləyirdi. Tale İbişə həmişə sərin üz göstərib. İki yaşından yetim qalıb. Ata qayğısı görməyib. 1981-ci ildə, 20 yaşında evlənib. Doqquz il övlad payı gözləyib. İndi də belə… O müdhiş gecə Salyan qazarmasının yanında olub.

Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.

Hövsan qəsəbəsində adına küçə var[2].

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2000-ci il tarixli 259 saylı Fərmanı". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
  2. 1 2 Azərbaycan Respublikası Xatirə Kitabı, IX cild. səh.552.
  3. "Qulu Kəngərli, "Qara Yanvar şəhidləri", Bakı, "Gənclik", 1992" (PDF). 2015-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-07-17.