İbn Şəhr Aşub (fars. ابوجعفر، محمد بن علی بن شهرآشوب بن ابونصر بن ابوالجیش ساروی مازندرانی; 1095, Sari, Mazandaran ostanı – 2 sentyabr 1192 və ya 1192[1], Hələb) — Dahi İslam alimi, təfsirçi, ədəbiyyatçı, fəqih və hədisşünas.
İbn Şəhr Aşubun əsli İranın Mazandaran şəhərinin Sari vilayətindəndir. Onun uşaqlıq illərindən bəlli olan budur ki, o elm və təhsilə çox maraq göstərmişdir. Həmçinin o 8 yasşında Quranı əzbərləmişdir. Sonradan elmi səfərlərə başlamışdır. İlk öncə Elm kəsb etmək üçün Bağdad şəhərinə yollanmışdır.
İbn Şəhr Aşub elmi cəhətdən çox yüksək məqama çataraq, "Əllamə" adı almışdır. Çoxlu müəllimləri və şagirdləri olmuşdur. Dövrünün ən böyük alimlərindən sayılmışdır. Quran elmləri, Hədisşünaslıq, Fiqh, Rical elmi və şer kimi məharətləri olmuşdur.
O hicri Qəməri tarixi ilə Şəban ayının 22-si 588- ci ildə vafat etmişdir.