Əllamə

Əllamə — (ərəb. علامة‎) Əllamə lüğətdə ərəbcə mübaliğə siğəsində çox bilən, çox məlumatlı şəxs mənasındadır. Amma bu ləqəb, "Ayətullah" kimi, ərəb, fars və urdu dilli ölkələrin müsəlman alimlərinin xüsusi titullarından biridir və başqa dillərdə (xüsusən də ingiliscə və azərbaycanca) konkret qarşılığı yoxdur.

Terminoloji baxımından İslam elmlərinə dərindən bələd olan alimə "əllamə" deyilir. Ayətullah adı kimi əllamə adı da bəzi müsəlman alimlərə verilən xüsusi addır. Əllamə sayılan alim ensiklopedik məlumata malik olur, bir neçə ixtisas üzrə mütəxəssis kimi tanınır. Əllamə rəsmi hövzə titulu, dərəcəsi deyil. Bu ad kiçik bir qrup İslam alimlərinə verilmişdir. Bəzən fəlsəfə, bəzən fiqh, bəzən də ədəbiyyat sahəsində söz sahibi olan böyük alimlər əllamə adlandırılır. Hazırda İslam dünyasında, imamiyyə cameəsində əllamə deyərkən Əllamə Təbatəbai nəzərdə tutulur. Amma ötən dövrdə böyük fəqih Əllamə Hilli bu adla yad edilib. Əllamə adlandırılan alimlər öz biliklərini dəlillərlə əldə etdiklərindən adətən filosoflar əllamə adlandırılıb.

Xacə Nəsirəddin Tusi – Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi; Əllamə Bəşər kimi məşhurdur. 9 əsr filosofu Əllamə Cəlaləddin Dəvani, müasir fəqihlərdən olan Əllamə Əli Dəvani, müasir rical alimi Əllamə Şüştəri, 12 əsr alimi Əllamə Bəhrani, 11 əsr fəqihi və təfsirçisi Əllamə Feyz Kaşani, Məşrutə hamilərindən olan Əllamə Naini, müasir dövrün müctehidlərindən olan Əllamə Tehrani, müasir fəqih Əllamə Riyahi, Ələvi mədrəsəsinin təsisçisi Əllamə Kərbasçiyan, fəqih Əllamə Şerani, 8 əsr təfsirçisi Əllamə Seyid Heydər Amuli, müasir təfsirçi Əllamə Həsən Müstəfəvi, Mustədrək və Vəsailüşşiə müəllifi Əllamə Mühəddis Nuri, Əllamə İqbal Lahuri, Əllamə Seyid İsmail Bəlxi, Əllamə Seyid Səfdər Hüseyn Nəcəfi, Əllamə Talib Cohəri, Əllamə Şəmsəddin, ədib Əllamə Qəzvini, ədib və lüğətçi Əllamə Dehxuda, ədib Əllamə Humayi əllamə adlandırılmış alimlərdir.

Əllamə ləqəbi ilə məşhurlar

[redaktə | mənbəni redaktə et]

Dini [və bəzən ədəbi] sahədə aşağıdakı şəxslər Əllamə kimi tanınır:

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]