Əbül Fərəc Mühəmməd ibn İshaq ibn Mühəmməd ibn İshaq İbn ən-Nədim — bioqraf, biblioqraf.
İbn Nədim | |
---|---|
ərəb. مُحمَّد بن إسحٰق بن مُحمَّد بن إسحٰق البغدادي | |
Doğum tarixi | X əsr |
Doğum yeri | |
Vəfat tarixi | 995[1] |
Vikianbarda əlaqəli mediafayllar |
«Fihrist»də olan məlumata görə Ən-Nədimiin təqribən 935-ci ildə Bağdadda anadan olmuşdur. Atasının kitab dükanı olduğundan o, uşaq yaşlarından kitab ticarəti və kitabların üzünün köçürülməsi ilə məşğul olmuşdur. Bu məşğuliyyət onda biblioqrafik işə və kitabşünaslığa maraq oyatmışdır. Belə güman edirlər ki, o, 990-cı ildə «Fihrist» əsərini bitirdikdən sonra vəfat etmişdir.
Ən-Nədiminin atası kitab taciri olmuşdur. Müəllifin ömrünün çox hissəsini Bağdadda keçirməsi və oranın kitab bazarı ilə tanış olması «Fihrist»in coğrafi əhatəsini müəyyənləşdirir. Əsərdə Çinin, Hindistanın, Fransanın, rusların və b. yazı nümunələrindən bəhs olunur.