Abdullah ibn Səba (ərəb. عبد الله بن سبأ; VII əsr) — Əli ibn Əbu Talibə qarşı “ifrat” fikirlər təbliğ edən ilk şiə məzhəblərindən biri olan səbailiyin eponimidir. Müsəlman mənbələrinə görə Abdullah ibn Səba əslən Səba (Yəmən) şəhərindən olmuş və İslama iudaizmdən gəlmişdir. Anası Efiopiyadan olduğuna görə "qaranın oğlu" (İbn əs-Sauda) ləqəbini almışdır. Həmçinin İbn Vəhb və İbn Hərb adı ilə də çağırılırdı. Üçüncü İslam xəlifəsi Osman ibn Əffanın (hakimiyyət illəri: 644-656) müasiri olmuşdur.
Abdullah ibn Səba | |
---|---|
ərəb. عبد الله بن سبأ | |
Doğum tarixi | 600 |
Doğum yeri | |
Vəfat tarixi | 670 |
Dini | Yəhudi |
Fəaliyyəti | ilahiyyatçı |
Müsəlman tarixçiləri Abdullah ibn Səbanın İslamı qəbul etdiyini bildirən, lakin əslində müsəlman olmayan yəmənli yəhudi olduğunu bildirirlər. Onun haqqında həm süni, həm də şiə müəllifləri öz əsərlərində yazmışlar. Abdullahın yəhudi kökləri şiələrin əleyhdarlarına “rafizliyin əsaslarının yəhudilərdən götürüldüyünü” iddia etməyə əsas verirdi. O, Xilafətdə üçüncü xəlifə Osman ibn Affanın öldürülməsinə səbəb olan qarışıqlığın əsas təşkilatçılarından biri idi[1]. O, rəğbət obyekti olaraq Əli ibn Əbu Talibi seçir. Əlinin fəal siyasi tərəfdarı olmuş, onun xeyrinə fəal təbliğat aparmışdır[2].
Abdullah ibn Səba həm də Məhəmmədin Əlidə zühur etməsi, Əlinin ruhunun sonrakı imamlarda öz təzahürünü tapması və qiyamət günündə Əlinin yer üzünə dönəcəyi ilə bağlı təlimin əsasını qomuşdur. Amma Əli Abdullahın təlimini dəstəkləməmişdir. Geniş yayılmış rəvayətə görə onu ilahiləşdirdiyinə görə Əli Abdullanı və onun ardıcıllarını lənətləmiş, hətta onu yandırmağı əmr etmişdir[3].