İbrahim İbrahimli və ya İbrahim İbrahimov (1952, Zeynəddin, Naxçıvan rayonu – 16 iyun 2021[1]) — Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı[2].
İbrahim İbrahimli | |
---|---|
2001 – ? | |
Başqan | İsa Qəmbər |
Əvvəlki | Vəzifə təsis edildi. |
? – 2001 | |
Sonrakı | Vəzifə ləğv edildi. |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1952 |
Doğum yeri | |
Vəfat tarixi | 16 iyun 2021[1] |
Vəfat səbəbi | beyin xərçəngi[d] |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Azərbaycan Xalq Cəbhəsi Naxçıvan Vilayət Təşkilat şöbəsinin müdiri vəzifəsində işləmişdir[3].
Daha sonra Müsavat Partiyasına üzv olmuşdur. Bir müddət partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri olmuşdur.
2000-ci il parlament seçkilərində İbrahim İbrahimli Müsavat Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında partiya daxili keçirilmiş praymerizə əsasən 6-cı sırada olmuşdur.[4] Müsavat Partiyası proporsional seçkilər üzrə 140 546 səs (ümumi səslərin 4,85%-i) toplamış, lakin 6%-lik seçki həddini keçə bilmədiyi üçün mandat qazana bilməmişdir. Beləliklə, İbrahim İbrahimli deputat seçilə bilməmişdir.[5][6]
5 may 2015-ci ildə Müsavat Partiyası sıralarından istefa vermişdir.[7] Daha sonra Demokratik Qüvvələrin Milli Şurasında fəaliyyət göstərməyə davam etmişdir.
16 iyun 2021-ci ildə uzun sürən xəstəlik-beyin xərçəngi səbəbi ilə vəfat etdi.
İbrahim İbrahimli Azərbaycan SSR Ali Sovetinin XII çağırışında Naxçıvan MSSR-in Babək rayonundan – 341 nömrəli Leninabad seçki dairəsindən deputat seçilmişdir[2]. 5 fevral 1991-ci ildə Azərbaycan SSR Ali Soveti birinci sessiyasının Katibliyi tərkibinə seçilmişdir[2].
O, 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir[3].
O, 6 dekabr 1993-cü il tarixində Azərbaycan Respublikasının ilk milli Konstitusiyası layihəsini hazırlayan komissiyanın tərkibinə Azərbaycan Xalq Cəbhəsi İcraiyyə Komitəsinin sədri oladaq daxil edilmişdir.[8]