İbrahim Məhəmməd oğlu Bayramov (25 yanvar 1954, Toxluca, Krasnoselsk rayonu) — filologiya elmləri doktoru, professor, ADPU-nun Elmi-təşkilati şöbəsinin müdiri[1]
İbrahim Bayramov | |
---|---|
İbrahim Məhəmməd oğlu Bayramov | |
Doğum tarixi | 25 yanvar 1954 (70 yaş) |
Doğum yeri | |
Elm sahələri | filologiya, dilçilik, toponimika |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | |
Təhsili | |
Mükafatları |
İbrahim Məhəmməd oğlu Bayramov 25 yanvar 1954-cü ildə Qərbi Azərbaycanın (indiki Ermənistan) Göyçə mahalının Toxluca kəndində anadan olmuşdur. 1970–1971-ci tədris ilində Toxluca kənd orta məktəbində təhsil almışdır.
1971-ci ildə X. Abovyan adına Ermənistan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsinin Azərbaycan bölməsinə qəbul olunmuş, 1975-ci ildə EDPİ-nin Filologiya fakültəsinin Azərbaycan bölməsini fərqlənmə diplomu ilə bitirmişdir. 1975–1988-ci illərdə Qərbi Azərbaycanın Göyçə mahalının Toxluca kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. 1977–1981-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin 10.02.01 (5706.01) Azərbaycan dili ixtisası üzrə qiyabi aspiranturasında təhsil almışdır.
12 dekabr 1986-cı ildə "Müasir Azərbaycan ədəbi dilinin xalq danışıq dili hesabına zənginləşməsi yolları (leksika və frazeologiya)" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi, 2007-ci ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun nəzdində filologiya elmləri doktoru və elmlər namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.141. Dissertasiya Şurasında 10.02.01 (5601.01) "Ermənistanın türk mənşəli toponimlərinin tarixi-linqvistik təhlili" movzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsi almışdır.
1987–1988-ci illərdə Göyçə mahalının Toxluca kənd orta məktəbinin direktoru vəzifəsində işləmişdir. 1987-ci ildə Göyçə mahalının Toxluca kənd sovetinin deputatı seçilmişdir. 1988-ci ilin dekabr ayının 1-də Ermənistan Respublikasının rəhbərliyinin göstərişi ilə Qərbi Azərbaycanda yaşamış digər azərbaycanlılar kimi ata-baba yurdundan qovulmuşdur.[2]
1989–1993-cü illərdə S. M. Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) Azərbaycan və rus dili kafedrasının baş laborantı, 1993–1995-ci illərdə N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Azərbaycan dilinin onomalogiyası elmi-tədqiqat laboratoriyasına kiçik elmi işçi vəzifəsində işləmişdir. 1995–1997-ci illərdə AMEA-nın Milli Münasibətlər İnstitutunun "Qaçqınçılıq tarixi" şöbəsinin böyük elmi işçi vəzifəsndə, 1997–2003 — AMEA-nın Milli Münasibətlər İnstitutunun "Qaçqınçılıq tarixi" şöbəsinin müdiri vəzifəsində işləmişdir.
1995–1997-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasında müəllim, 1997–2009-cu illərdə dosent vəzifəsində işləmişdir. 1997–2016-cı illərdə, 2019–2022-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Şurasının üzvü olmuşdur.
İbrahim Bayramov 2003–2021-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Magistratura və doktorantura şöbəsinin müdiri, 2005–2007-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris metodika şöbəsinin müdiri, eyni zamanda 2005–2007-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Şurasının Elmi katibi vəzifəsində işləmişdir.
2009-cu ilin 04 iyunundan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının professorudur.[3]01 oktyabr 2021-ci il tarixdən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi-təşkilati şöbəsinin müdiri vəzifəsində işləyir[4].
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 17 dekabr tarixli Sərəncamı ilə "Əməkdar müəllim" fəxri adı verilmişdir (Vəsiqə № I-1343).[5]
İbrahim Bayramov 18 kitabın elmi redaktoru olub. 1 kitabın məsləhətçisi, 1 kitabın kitabın tərtibçisidir. Elmi rəhbərliyi ilə 3 nəfər filologiya üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə edib. Filologiya 3 nəfərin doktorluq, 9 nəfərin namizədlik dissertasiyasının rəsmi opponenti olub.
Əsərləri Bakı, Naxçıvan, Gəncə, Ankara, İğdır, Kabul şəhərlərində nəşr olunmuşdur.
2003–20016-cı illərdə, 2019–2021-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Şurasının, 2009–2016-cı illər ərzində ADPU-da fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü olmuşdur.
3 avqust 2022-ci ildə Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü seçilmişdir.[6][7]
Yeni Azərbaycan Partiyasının üzvüdür və 2012-ci ildə Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi münasibətilə Yeni Azərbaycan Partiyasının yaradılmasında və inkişafındakı müstəsna fəaliyyətinə görə Səbail rayon təşkilatı tərəfindən Fəxri Fərmana layiq görülmüşdür. 2013-cü ildə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasında və inkişafındakı fəaliyyətinə görə Veteran vəsiqəsi təqdim etmişdir.[2]
200-dən çox elmi, elmi-metodik və publisistik məqaləsi çap olunmuşdur.