Toponimika

Toponimika — (q.yun. τόποςtopos — yer və ὄνομαonoma) — coğrafi adları; toponimləri, onların mənasını, quruluşunu, mənşəyini və yayılma arealını öyrənir. Mənası yer deməkdir

Hər bir ərazidəki toponimlərin məcmusu onun toponimiyasını təşkil edir. Azərbaycan toponimiyasının əsas fondunu Azərbaycan (türk) mənşəli adlar təşkil edir. Azərbaycanda qədimdən başlayaraq, hun, bolqar, suvar, peçeneq, xəzər, qıpçaq, oğuz-səlcuq və monqol qaydalarının, habelə İber-Qafqaz, İran, ərəb və s. xalq adları ilə bağlı toponim layları aşkara çıxarılmışdır.

Ginnes Rekordlar kitabına görə ən uzun adlı toponim Yeni Zellandiyada hündürlüyü 305 metr olan Taumatavhakatanqihanqakoauauotamateaturipukakapikimaunqahoronukupokaivhenuakitanatahu (92 hərf) təpəsidir.

Toponimlərin növləri

[redaktə | mənbəni redaktə et]
  • Aqoronim— meydan adları (qədim yunanca ἀγορά — meydan, sahə).
  • Antrotoponim — şəxs adlarından törəmiş coğrafi adlar (qədim yunanca ἄνθρωπος — insan).
  • Astionim — şəhər adları (qədim yunanca ἄστυ — şəhər).
  • Drinonim — meşə adları (qədim yunanca δρῦς — ağac).
  • Dromonim — nəqliyyat yollarının adları (qədim yunanca δρόμος — qaçış, hərəkət, yol).
  • Hidronim — çay adları (qədim yunanca ὕδωρ — su).
  • Qodonim — küçə adları (qədim yunanca ὁδός — yol, küçə, məcra).
  • Oykonim — yaşayış yeri adları (qədim yunanca οἶκος — ev, yaşayış yeri).
  • Oronim — dağ adları (qədim yunanca ὄρος — dağ).
  • Urbanonim — şəhəriçi obyekt adları (latınca urbanus — şəhərli).
  • Makrotoponim — böyük coğrafi adlar (qədim yunanca μακρός — böyük).
  • Mikrotoponim — kiçik coğrafi adlar (qədim yunanca μικρός — kiçik).