İbrahim Göyçaylı (tam adı: Əsgərov İbrahim Məhəmməd oğlu) — Şair, jurnalist. Əməkdar mədəniyyət İşçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində "Ədəbiyyat və İncəsənət Redaksiyası"nın baş redaktor müavini.
İBRAHİM GÖYÇAYLI | |
---|---|
İbrahim Məhəmməd oğlu Əsgərov | |
Doğum tarixi | |
Doğum yeri | Göyçay, Alıkənd |
Vəfat tarixi | (70 yaşında) |
Vəfat yeri | Bakı |
Fəaliyyəti | şair |
İbrahim Göyçaylı 1936-cı il, noyabrın 12-də Göyçay rayonunun Alıkənd kəndində anadan olmuşdur.
1943-cü ildə Göyçay şəhərində orta məktəbə gedib. 1953-cü ildə məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb (1953-1958).
Əmək fəaliyyətinə qəzetdə müxbir kimi başlayıb. Sonra Azərbaycan Dövlət Nəşriyyatında redaktor, "Mədəni ticarət", "Za kulturnuyu torgovli" qəzetlərində baş redaktor, Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində redaktor, şöbə müdiri, baş redaktor kimi vəzifələrdə çalışıb. 1983-cü ildən 2007-ci ilə qədər baş redaktor müavini vəzifəsində fəaliyyət göstərmişdir.
Ümumilikdə, Azərbaycan Dövlət Radiosunda 40 ilə yaxın müddətdə fəaliyyət göstərmiş, radionun formalaşmasında xüsusi xidmətləri olmuşdur.
2006-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Əməkdar mədəniyyət İşçisi fəxri adına layiq görülmüşdür.
2007-ci il, fevral ayının 24-də, uzun sürən xəstəlikdən sonra 70 yaşında vəfat etmişdir.
Yüzdən çox şerinə mahnılar bəstələnib, tanınmış sənətkarlar tərəfindən ifa olunub.