İbrahim Hatemikiya

İbrahim Hatemikiya (farsca: ابراهیم حاتمی کیا) - İran azərbaycanlılarından olan rejissor, film prodüseri, aktyorssenarist.[1]

İbrahim Hatemikiya
Doğum tarixi (63 yaş)
Doğum yeri Tehran
Vətəndaşlığı İran İslam Respublikası
Həyat yoldaşı Sima Hatemikiya
Uşaqları Nayereh
Yusif
İsmayıl
Milliyyəti Azərbaycanlı
İxtisası Filmoqrafiya
Təhsili Tərbiyət Müdərris Universiteti
Tehran Universiteti
Fəaliyyəti Filmoqrafiya sahəsi
Fəaliyyət illəri 1986-cı ildən etibarən günümüzədək
Mükafatları 8 dəfə Kristal Simurq mükafatı (Fəcr Beynəlxalq Film Festivalında)
Ən yaxşı Rejissor mükafatı (Vyana Müstəqil Film Festivalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

23 oktyabr 1961-ci ildə Tehran şəhərində yaşayan azərbaycanlı ailədə dünyaya gəlmişdir. Dindar ailədə böyümüşdür.[2]

Tərbiyət Müdərris UniversitetiniTehran Universitetini bitirmişdir.

İbrahim Hatemikiya ilk öncələr İran-İraq müharibəsi ilə bağlı müxtəlif qısa filmlər və sənədli filmlər çəkmışdir. İlk filmini 1986-cı ildə çəkmişdir . Filmin adı Kimlik adlanır. İndiyə qədər Fəcr Film Festivalında 8 dəfə mükafat ala bilmişdir. 1990-cı illər İran filmoqrafiyasının yetişdirdiyi ən böyük şəxslərdən hesab edilir. Onun Şüşə agentliyi və Atanın adı ilə filmləri XVI və XXIV Fəcr Beynəlxalq Film Festivalında ən yaxşı ekran əsəri və ən yaxşı rejissor işi nominasiyalarında mükafata layiq görülmüşdür. O, İranda yaşayan insanlar arasında aparılan sorğu zamanı İranın ən məşhur 10 film prodüserindən biri olmuşdur.[2]

Filmoqrafiyası

[redaktə | mənbəni redaktə et]
  • Kimlik (Hoviyat, 1986)
  • Mühacir (Mohajer, 1990)
  • Kəşfiyyatçı (Deedeh-Ban, 1990)
  • Düzgün əlaqə ( Vasle Nikan, 1991)
  • Qarxexdən Rhineyə (From Karkheh to Rhine, 1993)
  • Yaşıl küllər (Khakestar-e Sabz, 1994)
  • Yusifin paltarının qoxusu (Booy-e Pirahan-e Yusef, 1995)
  • Minoo qalası (Borj-e Minoo, 1996)
  • Şüşə agentliyi (Ajans-e Shisheh-i, 1998)
  • Qırmızı lent (Rooban-e Ghermez, 1999)
  • Dalğa ölüdür (Moje Mordeh, 2001)
  • Alcaq ucalıq (Ertefae Past, 2002)
  • Mükafatlandırılarkən
    Bənövşəyi rəng (Be Range Arghavan, 2004)
  • Atanın adı ilə ( Be Name Pedar, 2006)
  • Dəvət (Davat, 2008)
  • Bayram qeydi (Gozaresh-e Yek Jashn, 2011)
  • Ce (Chamran, 2014)
  • Cangüdən (2016)
  • Dəməşq saatına görə (be vaght-e shaam, 2018)
  • Yaşıl üzük (Halghe-ye Sabz, 2007)
  • Oxra (Ocher, 2002)
  1. "زندگینامه: ابراهیم حاتمی کیا". hamshahrionline.ir. 2018-08-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-19. (#invalid_param_val)
  2. 1 2 Ebrahim Hatamikia