İbrahim Kazımbəyli — Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent.
İbrahim Feyzulla oğlu Kazımbəyli 1975-ci il yanvarın 6-da Şahbuz rayonunun Nursu kəndində ziyalı ailəsində anadan olmuşdur.
1981–1991-ci illərdə Nursu kənd orta məktəbində təhsil alıb, orta məktəbi gümüş medalla bitirmişdir. 1991–1996-cı illərdə Naxçıvan Dövlət Universitetinin tarix fakültəsinin tarix ixtisasında təhsil almış, həmin ixtisası 1996-cı ildə fərqlənmə diplomu ilə bitirmişdir. 1996–2000-ci illərdə Bakı Dövlət Universitetində Vətən tarixi ixtisası üzrə aspirantura şöbəsində təhsil alıb.
1997-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, baş müəllim, haliyədə dosent vezifəsində çalışır. 2003-cü ildə "Naxçıvan bölgəsinin tarixi demoqrafik tədqiqi" (1828–1920-ci illər) mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tarix üzrə fəlsəfə doktoru adını almışdır. 2009-cu ilin 28 aprelində dosent elmi adı verilmişdir. 2006-cı ildən Naxçıvan Özəl Universitetində müəllim, 08 fevral 2007-ci il tarixdə İqtisadiyyat fakültəsinin dekan müavini, 01 sentyabr 2007-ci tarixdə Pedaqoji fakültənin dekanı, 01 noyabr 2008-ci il tarixdən Tədris və Elmi işlər üzrə prorektor vəzifəsində çalışır.
60-dən artıq elmi məqalənin, beş proqramın və üç kitabın müəllifidir. "XIX-XX yüzillər Naxçıvan və İrəvan bölgəsinin siyasi tarixi, tarixi demoqrafiyası" və s. mövzularla bağlı tədqiqatlar aparır. Ölkədaxili və xaricdə keçirilən bir sıra beynəlxalq simpoziumlarda, konfranslarda müxtəlif mövzularda çıxışlar etmişdır. Elmi əsərləri Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, İran və s. xarici ölkələrdə olan nüfuzlu elmi dərgilərdə nəşr olunmuşdur.
"XIX əsrdə Naxçıvanda etnodemoqrafik proseslər", "İrəvan bölgəsində Azərbaycanlıların soyqırımı və deportasiyası", "1918–1920-ci illərdə Naxçıvan və çevrəsində erməni zülmünün doğurduğu demoqrafik fəlakət" və s. kimi başqa seçilmiş elmi əsərləri vardır. "İrəvan bölgəsi XIX yüzilliyin II yarısı -XX yüzilliyin əvvəllərdinə" mövzusunda doktorluq dissertasiyası üzərində çalışır. Doktorluq dissertasiyası yekunlaşmışdır.
Ailəlidir, 2 övladı var.
- Rusiya işğalından sonra Azərbaycanda dəyişikliklər, Azərbaycan Respublikası Təhsil Nazirliyi Y. Məmmədəliyev adına Naxçıvan Dövlət Universiteti, Elmi əsərlər (Humanitar seriya) № 5, NDU
- XX əsrin əvvələrində ermənilərin Naxçıvan ərazisində törətdikləri soyqırım, Naxçıvan İctimai-siyasi ədəbi-bədii, elmi-publisistik jurnal" "Əcəmi" nəşriyyatı № 5 Naxçıvan 2001-ci il
- XIX əsrdə Naxçıvanda, Etnodemoqrafik proseslər, AMEA-ı akad. H. M. Abdullayev adına Naxçıvan regional elmi mərkəzi, Naxçıvan regional elmi mərkəzinin əsərləri, VI buraxılış, Naxçıvan, 2001
- Azərbaycanın Zəngəzur bölgəsinin əhalisinin say dinamikası və yerləşməsi, Naxçıvan Dövlət Universiteti, Elmi əsərlər (Xüsusi buraxılış) № 8, NDU "Qeyrət" nəşriyyat, Naxçıvan, 2001
- Ermenilerin Nahçivan’da gerçekleşdirdikleri soykırım(1918–1920), T. C. Kafkaz Üniversitesi, Nahçivan Devlet Üniversitesi-Azərbaycan, Hayali Ermenistan ve soykırım hikayesi (Uluslararası Tarih Sempozyumu Bildirileri), Kars, 2001
- Ermenilerin Nahçivan’da yaptıkları soykırım ve Türkiye’nin yardımı (1918–1920)IĞDIR VALİLİĞİ BÜLTENİ, Iğdır, ocak-şubat 2002, say 6,
- Naxçıvan bölgəsinin əhalisinin say dinamikası və yerləşməsinə dair (1828–1920-ci illər), Bakı Dövlət Universiteti, Dünya azərbaycanlıları: tarix və müasirlik, I buraxılış, Bakı 2003
- Azərbaycanın transqafqaz mübahisəli ərazi problemlərinin diplomatik vasitələrlə həlli, AMEA Naxçıvan regional elm mərkəzi, Naxçıvan regional elm mərkəzinin əsərləri, Bakı "Elm", 2003,
- Naxçıvan bölgəsinə köçürülən ermənilərin yerləşdirildikləri ərazilərdəki etno-demoqrafik vəziyyət. Naxçıvan Dövlət Universiteti, Azərbaycan MEA-nın Naxçıvan bölməsi, Elmi əsərlər (Xüsusi buraxılış) № 12, Naxçıvan, 2004
- 1918–1920-ci illərdə Naxçıvan və çevrəsində erməni zülmünün doğurduğu demoqrafik fəlakət, Naxçıvan İctimai-siyasi ədəbi-bədii, elmi-publisistik jurnal" "Əcəmi" nəşriyyatı Naxçıvan 2005-ci il
- Ermənilərin Naxçıvan bölgəsinə köçürülməsi və əhalinin say dinamikasında baş vermiş dəyişikliklər, Naxçıvan: tarixi gerçəklik, müasir durum, inkişaf prespektivləri (9 – 10 iyun 2006-cı ildə keçirilmiş beynəlxalq simpoziumun materialları), Naxçıvan, 2006.
- Naxçıvan Muxtar Respublikası əhalisinin say dinamikası, yerləşməsi və etnik tərkibi, AMEA Naxçıvan bölməsi, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnistutu, Naxçıvan Özəl Universiteti, Naxçıvan Muxtar Respublikasını Yaranması tarixi və müasirlik (8 fevral 2007-ci ildə keçirilmiş elmi praktik
- Rus çarizminin Azərbaycan ərazilərinə köçürmə siyasəti və onun mahiyyəti, Naxçıvan Dövlət Universiteti, Elmi əsərlər № 2 (22), Naxçıvan, 2007.
- Çar Rusiyasının Azərbaycan ərazisinə erməniləri köçürmək siyasəti.[Naxçıvan bölgəsi XIX əsr, Əmək və sosial problelər üzrə elmi-tədqiqat və tədris mərkəzi, Əmək və sosial problemlər, Elmi əsrlər toplusu IV buraxılış, Bakı, 2007
- Naxçıvan əhalisi, sosial-iqtisadi və siyasi tarixinə dair (1828–1920-ci illər), Bakı "Elm" 2007
- Azərbaycan ttarixinin tədrisində tələbələrdə tədqiqatçılıq bacarığının inkişaf etdirilməsinin formaları və metodları, Naxçıvan, 2008
- Erməni xəyanəti tarixi faktların dili ilə, Azərbaycan Milli Elmlər Akademiyasının Nazçıvan bölməsi "XƏBƏRLƏR" ictimai və Humanitar elmlər seriyası. № 1 Naxçıvan, "Tusi", 2009-cu il
- Naxçıvan bölgəsində əhalinin hərəkəti və demoqrafik infrastrukturu, "Naxçıvan Müəllimlər institutu" "Məktəb" nəşriyyatı № 1 (17) Naxçıvan 2009-cu il
- Вытуснение тюрок-азербайджанцев с исторических земель Западного Закавказья в современной национальной исеориографии Азербайджана, "Boстоковедение и Африканистика в диалоге цивилизаций"22–24 апреля 2009
- İnzibati ərazi vahidlərimizin strateji yeri, əzəli Azərbaycan torpağı İrəvan, "Naxçıvan Müəllimlər institutu" "Məktəb" nəşriyyatı № 2 (18) Naxçıvan 2009-cu il
- XIX əsrin ikinci yarısı XX əsrin əvvəllərində Naxçıvan bölgəsinin sosial-iqtisadi vəziyyəti, "Naxçıvan İctimai-siyasi ədəbi-bədii, elmi-publisistik jurnal"
- Zəngəzurun Qərb hissəsinin Ermənistana verilməsi, "YOL" Bilim kültür araşdırma dergisi. Sayı-30, Ankara, Eylül-Ekim, 2009
- Покровительство царской россии Армянам в Азербайджане. В 1828–1920, КУЛЬТУРА НАРОДОВ ПРИЧЕРНОМОРЬЯ, Научный журнал № 161, 2009 г
- Azərbaycanın tarixi demoqrafik inkişafı (ən qədim zamanlardan müasir dövrədək), Naxçıvan, 2009
- Azərbaycanın tarixi-demoqrafik vəziyyəti: İrəvan bölgəsi üzrə, Bakı , 2009.
- Об этнодемографическом положении эриванскои гиберении в Конче XIX в. Крымскии Научный центр националъной Академии наук и министер стева образования и науки Украины — Кулътура народов Рричерноморъя – научный журнал
- İrəvan bölgəsində azərbaycanlıların soyqırımı və deportasiyası, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi "XƏBƏRLƏR" ictimai və Humanitar elmlər seriyası. № 1 Naxçıvan, "Tusi", 2010-cu il
- İrəvan bölgəsinin inzibati ərazi bölgüsündə baş vermiş dəyişikliklər, Naxçıvan Dövlət Universiteti, Elmi əsərlər № 1 (29), Naxçıvan NDU, "Qeyrət" nəşriyyat, 2010-cu il
- İrəvan bölgəsində Azərbaycanlıların soyqırımı və deportasiyası, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi "XƏBƏRLƏR" ictimai və Humanitar Elmlər seriyası. № 1 Naxçıvan, "Tusi", 2010-cu il
- "Abbasabad qalası", Dövlət və Din. Ictimai fikir toplusu 2011. 5 (25).
- "Cənubi Qafqazda Fevral inqilabından ictimai-siyasi vəziyyət", Naxçıvan Dövlət Universiteti. Elmi əsərlər. İctimai elmlər seriyası № 2 (47), Naxçıvan, NDU- "Qeyrət",2012.
https://nu.edu.az/az/universitet/rəhbərlik/prorektorlar/tədris-işləri-üzrə-prorektor[ölü keçid]