İbrahim Ləmbəranski (21 sentyabr 1972, Bakı)— Azərbaycan Respublikası Baş Prokurorluğu Bakı şəhər Sabunçu rayon prokuroru.[1],[1][2]
İbrahim Ləmbəranski | |
---|---|
Ləmbəranski İbrahim Elmar oğlu | |
Doğum tarixi | 21 sentyabr 1972 (51 yaş) |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı | azərbaycan |
Fəaliyyəti | hüquqşünas |
Mükafatları | "İgidliyə görə" medalı |
İbrahim Ləmbəranski 21 sentyabr 1972-ci ildə Bakı şəhərində anadan olub. 1989-cu ildə Bakı şəhər 6 №li orta məktəbi bitirib və həmin ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. 1994-cü ildə oranı bitirmişdir. Ailəlidir, üç övladı var.
1995-ci ildə Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsi üzrə stajor təyin edilmiş və 1996–2001-ci illərdə həmin rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsində işləmişdir. 2001–2006-cı illərdə Bakı şəhəri Binəqədi rayon prokurorluğunun böyük müstəntiqi, 2006–2007-ci illərdə Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin böyük müstəntiqi vəzifəsində işləmişdir.[3] 2007–2016-cı illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsində işləmişdir. 2016-cı ildən 2020-ci ilin iyun ayınadək Bakı şəhər Pirallahı rayon prokuroru, 2020-ci ilin iyun ayından Bakı şəhər Sabunçu rayon prokuroru vəzifəsində işləyir.[4] Baş ədliyyə müşaviri xüsusi rütbəsindədir. Səmərəli işə, o cümlədən, ağır və xüsusilə ağır cinayət hadisələrinin açılmasında ölkəmizdə ictimai rezonansa səbəb olan bir sıra cinayət işlərinin müvəffəqiyyətlə aparılmasına görə Azərbaycan Respublikası Prokurorluğunun rəhbərliyi tərəfindən dəfələrlə təşəkkür, qiymətli hədiyyə və s. xidməti qaydada həvəsləndirilmişir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi dövrdə Quba hadisələri, "NİDA"çıların işi, Leyla Yunus, Rauf Mirqədirovun işi kimi bir çox siyasi motivli cinayət işlərinin istintaqına rəhbərlik etmişdir. 2006-cı ildən Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür. Azərbaycan və rus dillərini mükəmməl bilir. Bitərəfdir, siyasi partiyaların üzvü olmamışdır.[5]