Bu soyun ulu babası Bayramdır. Bayram müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Bayramın Qəhrəman, Bayram adlı oğlanları vardı.
Kərbəlayı Bayramın ikinci oglu Bayram 1809-cu ildə QarabağınKəbirli mahalınınLənbəran kəndində anadan olmuşdu. Molla yanında təhsil almışdı. Əhməd xan İbrahimxəlil xan oglu Sarıcalı-Cavanşirin rəiyyəti idi. O, rəiyyət təbəqəsindən çıxsa da, varlı-hallı bir adam idi. Xeyli torpağa yiyələnmişdi. Lənbəran kəndi ilə Kəngərli obası arasında "Hacı Bayram yeri" adlı torpağı vardı. O, müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.
Hacı Bayramın Əbdüləziz, Şükür, İsmayıl, Əsəd, Nəsir adlı oğlanları vardı.
İsmayıl bəy Ləmbəranski — 1877-ci ildə Şuşa qəzasınınLənbəran kəndində anadan olmuşdu. İbtidai təhsilini kənd məktəbində almışdı. 1902-ci ildə Şuşa real məktəbinə qəbul olmuşdu. Sonra Bakı gimnaziyasında oxumuşdu. Sankt-Peterburq Universitetində ali təhsil almışdı. Bakı neft mədənlərində mühəndis işləmişdi. 1918-ci ilə qədər Azərbaycanda neft sənayesi, kimya, maşınqayırma və digər sahələr üzrə mühəndislərin sayı az idi: Əsədulla Abdullayev, Sultanmahmud Axundov, Ələsgər bəy Bəylərbəyov və başqaları. Onlardan biri də İsmayıl bəy Ləmbəranski idi. İsmayıl bəy Ləmbəranski 1947-ci ildə Bakıda vəfat edib.[1][2]
Soylarla əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. Etdiyiniz redaktələri mənbə və istinadlarla əsaslandırmağı unutmayın.