İbrahim Məmmədov — Muay tay idman növündə respubika çempionu, kikboksinq üzrə ölkə çempionu, BUDO döyüş növləri üzrə beşqat dünya çempionu, polis serjantı.
İbrahim Məmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Şərur |
İdman növü | Muay tay (Free kontakt) |
Karyera illəri | 1998 - indiyə dək |
Məşqçisi | Habil Hümbətov (Free Kontakt üzrə) |
Boyu | 180 sm |
Çəkisi | 71 kq |
1989-cu ildə Şərurda anadan olub. Kiçik yaşlarından idmanla məşğul olmağa başlayıb. 2002-ci ildən Bakıya gəlib. 2003-cü ildə Azərbaycan idmanını dünyada təmsil edəcək idmançılar axtarışına çıxanlar onu diqqətdən kənar qoymayıblar. Hərbi xidmətdən sonra, 2008-ci ildə “may-tay” idman növündə respubika çempionu olub. [1]
Yeri gəlmişkən, o, 2016-ci ildə 67 kiloqram çəki dərəcəsində kikboksinqdən ölkə çempionu adını qazanıb. “Muay-tay” üzrə beşqat ölkə çempionu titulunu qazanan idmançımızın ilk beynəlxalq uğuru 2014-cü ildə İtaliyada olub. Orada 4 döyüş keçirib. Polis serjantı İbrahim Məmmədov budo döyüş növləri üzrə həm də beşqat dünya çempionudur. [1]
Polis idmançılarımızın Birləşmiş Ərəb Əmirliklərində döyüş növləri üzrə keçirilən yarışda iştirakından bütün ölkə mətbuatı yazdı. İbrahim Məmmədöv döyüş haqqında bunları dedi:
“Bu mənim idman karyeramda ən çətin yarış idi. 30-dan çox ölkənin ən güclü və titullu idmançıları döyüşmək və qalib olmaq üçün gəlmişdilər. Budonun Fri kontaktın K 1 versiyasında 3 döyüş keçirdim. İlk rəqibim Küveyt idmançısı idi. Ona qalib gəldim. Sonra livanlı idmançıya. Keçirdiyim döyüşlərdə zədələr almışdım. Misirli idmançı ilə qələbə uğrunda mübarizəyə başladım. Çox çətin döyüş oldu və sonrakı raundlarda təmiz qələbə ilə onu məğlub etdim...” |
Polis serjantı İbrahim Məmmədov 2012-ci ildə Əlahiddə Çevik Polis Alayında xidmətə başlayıb. Xüsusi Təyinatlı Taborun II bölüyündədir. Beynəlxalq dərəcəli idman ustası olan həmkarımız dəfələrlə DİN çoxnövçülüyündə 400 və 1000 metr məsafələrə qaçışda birinci olub. [1]