Habil Hümbətov

Habil Abbasqulu oğlu Hümbətov (20 oktyabr 1985, Qoşakənd, İsmayıllı rayonu) — Beynəlxalq dərəcəli idman ustası, əməkdar məşqçi və Dünya Budo Federasiyasının prezidenti qrand-master Eyup Zafer Gökbilen tərəfindən 2018-ci ilin ən yaxşı məşqçisi adına layiq görülüb, Əməkdar İdman ustasıdır.[1][2] Azərbaycan Budo Federasiyasının baş məşqçisidir.[3][4] Habil Hümbətov Habil Hümbətovun yeni uğuru

Habil Hümbətov
Şəxsi məlumatlar
Tam adı Hümbətov Habil Abbasqulu oğlu
Vətəndaşlığı
Doğum tarixi 20 oktyabr 1985(1985-10-20) (38 yaş)
Doğum yeri
Təhsili
İdman növü Kikboksinq,Boks, Budo Free Kontakt.
Karyera illəri 1996h. h.
Məşqçisi Nəriman Abdullayev
Boyu 178 sm
Çəkisi 90 kq
İdman dərəcəsi İdman ustası
Hərbi rütbəsi

Həyatı[redaktə | mənbəni redaktə et]

Habil Hümbətov [5] 20 oktyabr 1985-ci ildə İsmayıllı rayonunun Qoşakənd kəndində anadan olub.[6]. Şabran rayonunun Konustusiya kəndində 4-cü sinifə kimi ibtidai təhsil alıb. 1996-cı ildə atası rəhmətə getdikdən sonra 11 yaşında Bakıya böyük qardaş və bacılarının yanına gəlir və 5-ci sinifə keçdikdə isə Bakı şəhəri Nərimanov Rayonu 177 nömrəli məktəbdə təhsilini davam etdirib. 1996-cı ildən idmanın karate növünə başlayıb, bir müddət sonra Mayk Taysona olan marağı boksu ona sevdirib və boksa əməkdar məşqçi Nəriman Abdullayevin yanında başlayıb. Orta məktəbdə oxuduğu dövrdə boksla və hərbi şahin idman oyunlarında iştirak edib uğurlar əldə edib. Hərbi Şahin idman oyunlarında Nərimanov, Bakı və Azərbaycan birinciliklərində fəal iştirak edərək nəticələr əldə etmişdir. 2003-cü il orta məktəbi bitirdiyi vaxt isə anası vəfat edir. 17 yaşlı Habil Hümbətov bu çətin vaxtlarda qardaşlarının və bacılarının dəstəyi ilə idmana daha da çox bağlanır. Həmin il Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olur. 4 il universitetdə oxuduğu dövrdə boksdan bir çox yarışlarda nəticələr əldə edib Klublararası, Süleyman Süleymanov un şərəfinə keçirilən yarışlarda, Abbas Ağalarov adına Beynəlxalq Turnir, Heydər Əliyev adına Beynəlxalq Turnir, Bakı birinciliyi və Azərbaycan birinciliyində nailiyyətlər əldə etmiş 2007-ci ildə Akademiyanı bitirdikdən sonra həmin ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırılıb. Hərbi Xidməti Naxçıvan Muxtar Respublikasının N saylı Daxili Qoşunlarında olub. Xidmətdə olduğu müddət Nizam intizama görə hərbi hissə komandirliyi tərəfindən Fəxri Fərmanla təltif olunub. Hərbçilər arasında keçirilən əlbəyaxa döyüş növündən çempion olub. 2008-ci ildə Hərbi Xidməti başa vurub.[7]

Qalereya[redaktə | mənbəni redaktə et]

Karyerası[redaktə | mənbəni redaktə et]

2009-cu ildə Zenit idman mərkəzində boks idman növündən məşqçi kimi fəaliyyətə başlayıb. 2015-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən World Original Persian Sports Federation-un keçirdiyi yarışda iştirak etmiş və 2-ci yerə layiq görülmüşdür. Bakıya qayıtdıqdan sonra BUDO Döyüş Növləri Federasiyası ilə Əmədaşlığa başlamışdır.[8].Həm özü yarışlarda iştirak etmiş, həm də tələbələrini yarışlara çıxartmışdır. Azərbaycan, Avropa, Dünya, Dünya kuboku çempionu olmuş və 2016-cı il dünya kəmərinin sahibi olmuşdur (Free Kontakt qaydası üzrə).[9]. [10]

  1. İdman Ustası
  2. Əməkdar İdman Ustası
  3. Beynəlxalq dərəcəli idman ustası
  4. Əməkdar Məşqçi
  5. Beynəlxalq dərəcəli Məşqçi
  6. 5-ci DAN qara Kəmər (Beynəlxalq dərəcəli)

"H.H Boks və Döyüş Növləri Kulubu"

14 avqust 2016-cı ildə Əməkdar Məşqçi Habil Hümbətovun təşəbbüsü ilə "H.H Boks və Döyüş Növləri Klubu" təsis edilmişdir. Elə həmin ildən bu günə qədər "H.H Boks və Döyüş Növləri Klubu"nun Boks, Kikboksinq, Free Kontakt növləri üzrə müxtəlif yerli və beynəlxalq turnirlərdə fəal iştirak etmişdir. Klubun yaradılmasında məqsəd Boks, Kikboksinq və Free Kontakt kimi idman növlərinin ölkəmizdə təbliği ilə yanaşı inkişafı, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmaçıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi və beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil edərək bayrağımızı zirvələrə qaldırmaqdır.[11] Klubun yetişdirdiyi idmançılar vətənin müdafiəsinə hər an hazır olan yüksək əmək qabiliyyətli, fiziki cəhətdən hazırlıqlı gənclərdir.[12]

Yetişdirdiyi tələbələrdən Azərbaycan, Beynəlxalq Turnir, Avropa, Asiya, Dünya, Dünya Kuboku və Dünya Kəmərinin sahibi olanlar:

1. Kamal Şəmşiyev

2. Mələk Hümbətova

3. İsmayıl Devrişov

4. Vüsal Həsənov

5. Aysu Devrişova

6. Məhəmməd Məmmədov

7. Ayxan Namazov

8. Abbasqulu Hümbətov

9. İbrahim Məmmədov və s.

2017-ci ildən Azərbaycan BUDO Döyüş Növləri Federasiyasının Frre kontakt qaydası üzrə baş məşqçisi vəzifəsini icra edir.[13]

2018-ci ildə dünya budo döyüş növləri federasiyasının prezidenti Eyyupo Zafer Gökbilen tərəfindən ilin ən yaxşı Məşqçisi seçilib. 2019-cu ildə Bakı şəhəri Gənclər və İdman İdarəsinin rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunub. 2019 cu ildə Bakıda keçirilən Budo Dünya kubokunda Dünya Budo Döyüş Növləri Federasiyasının Prezidenti Eyyub Zafer Gökbilen Tərəfindən Fəxri Fərman və Kubokla təltif olunub. 30.12.2019-cu ilin İl yekunlarında Azərbaycan Budo Döyüş Növləri federasiyasının Prezidenti Grandmaster Faiq Rafiyevin İlin fəal Məşqçisi fəxri diplomu ilə təltif olunub. 2014-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mühafizə polisinin Baş Mühafizə idarəsinin Həyat əhəmiyyətli obyektlərin mühafizəsi üzrə polis alayında polis serjantı kimi xidmətə başlayıb. 2018-ci ildə DİN-in Polis akademiyasının Qiyabi Fakultəsində təhsil almağa başlayıb.

  • Ailəlidir, iki övladı var. bir qız və bir oğlan.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Əməkdar məşqçi Habil Hümbətov: Ölkəmizdə budo idman növünə maraq böyükdür". 2021-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-25.
  2. "HABİL HÜMBƏTOV: "ULDUZ XƏSTƏLİYİNƏ TUTULAN İDMANÇILAR TEZ SÖNÜR"". 2021-02-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-25.
  3. "Azərbaycan Budo Federasiyası". 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-25.
  4. "Habil Hümbətov "Azərbaycan idmanında yer tutan Baş məşqçilərin siyahısında"". 2021-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-03.
  5. Habil Hümbətov[ölü keçid]
  6. "Qanun keşiyində dayanan idmançı". 2022-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-05.
  7. ""Habil Hümbətov kimdir? "". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-16.
  8. "Habil Humbatov : "Azerbaycan'da Budo sporuna büyük ilgi var"". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-16.
  9. "Dünya kəmərinin sahibi: "Tələbələrimlə birgə özüm də döyüşə çıxırdım"". 2021-02-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.
  10. ""888 Boxing" klubunun təsisçisi, Əməkdar məşqçi Habil Hümbətov". 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-17.
  11. "Spor benim için hem fiziksel salık, hem de psikolojik sağlık demek". 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-25.
  12. "Habil Humbatov : Azerbaycan'da Budo sporuna büyük ilgi var". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-16.
  13. "BUDO – gənclər bu idman növünü niyə seçməlidirlər? – Baş məşqçi ilə müsahibə "

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]